adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2021 09:15
23354
DÜNYA
A- A+

Planetdə havanın çirkliliyi rekord səviyyəyə çatıb

Havadakı karbon dioksidin miqdarı bütün müşahidələr tarixində rekord həddə çatıb.

CNN-nin məlumatına görə, bu barədə San Dieqoda Milli Okean və Atmosfer İdarəsi (NOAA), həmçinin Okeanoloji və Torpaq Tədqiqat Mərkəzi məlumat verib.

Məlumata görə, pandemiya dövründə istehsalın dayandırılması planetin atmosferinin çirklənmə səviyyəsinin azalmasına səbəb olmayıb.

CO2-nin miqdarı bu cür ölçmələrin ilk dəfə aparıldığı 1958-ci ildən bəri ən yüksək səviyyədədir.