adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Iyun 2021 13:32
22449
İDMAN
A- A+

ŞENOL GÜNƏŞİN, YOXSA DE BİAZİNİN KOMANDASI?! 

Futbolda  sevdiyin komandanın  uduzması  təbii ki, faciə deyil, amma  bu məğlubiyyətin  acısını  yaşamaq çox ağırdı. Ayın 16-da bu acını 300 milyondan çox  insan yaşadı. Ən ağrılısı da o idi ki, biz öz evimizdə məğlub olduq.  Yenə deyirəm, bunu faciə saymayaq, futboldu da. Dünya devi  Almaniya da uduzdu. Amma  oyundan sonra  mənim yadıma vaxtilə dostumuz İrfan Sapmazın bir  fikri düşdü, xeyli güldüm. Azərbaycan milli  komandası Bakıda kiməsə uduzmuşu.  Həmin vaxtı da  milli komandamızın forması  Argentinanın  milli komandasının forması kimi idi.

İrfan Sapmaz yazmışdı: «Millilərimiz  Argentinanın  milli komandasının  formasını geymişdi, amma Masallının «Viləş» komandası kimi oynayırdı».

İndi dünən Şenol Günəşin komandası  Türkiyə millilərinin formasını  geymişdi, amma De Biazinin komandası kimi oynayırdı.