adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyun 2021 10:20
61980
ƏDƏBİYYAT
A- A+

Qafqazın himni- Dolya Vorovskaya- Saffari yazır...

Son dövrlər müəyyən ultrabənövşəyi müasir kəsim tərəfindən ciddi yanaşılmasa da, "oyyy, Şopen başqadır" tonundan ciddi qəbul edilməsə də, dünyanın ən ciddi musiqiləridən biri də "Dolya Vorovskaya"-dır. Ciddi deyirəm, əgər ki, bir adam Dolyanın enerjisini, ruhunu hiss etmirsə, o auranı duya bilmirsə, açığı, mən həmin adamın musiqi duyumuna da, zövqünə də şübhə edirəm. Çox yəqin ki, bu musiqiyə sırf kriminal aləmin təbliğinə, cinayət ruhu verdiyinə görə münasibət heç də yaxşı olmur, amma sənət, sırf musiqi baxımından yanaşsaq, Dolya heç də Şopenin musiqilərindən geri qalmır.

Dediklərim əsla kriminal aləmin təbliği, ona rəğbət kimi çıxmasın, amma Dolya musiqinisi aşağı görmək, sırf ya da kriminal əməllər düşür deyə guya ciddiyə almamaq, ən yaxşı halda naşılıqdır. Bir sözlə, musiqi duyumu olan, ciddi musiqi anlayışı olan hər kəs Dolyaya ən azından hörmət etməyə məcburdur.

Burda əsas məsələlərdən biri də tarix məsələsidir. Qafqazda- daha dəqiq Gürcüstanda yaranmış bu musiqini xüsusi ilə ermənilər özünküləşdirməyə çalışmağı da yox deyildir.

-Türmələrin, Qafqazın himni- Dolya Vorovskaya...

Ona görə Qafqazın himni deyirəm ki, bu coğrafiyaya aid bu musiqi burdakı hadisələri ehtiva edir, mahiyyətini açır.

Uzun müddət bu musiqinin müəllifinin kim olması barəsində gedən söhbətlərə görə ermənilər özününküləşdirmək də istəyib. Xüsusi ilə də Dolyanın məşhur ifaçılarından olan erməni əsilli bakılı Bokanın oxuduğuna görə. Amma dediyim kimi, tarixi birbaşa olaraq Gürcüstana aiddir.

İlk dəfə gürcü rejissor Levan Xotivarinin “Bənddə əhvalat” filmində səslənib. Mahnının bəstəkarı isə Bidzina Kvernadzedir. Amma ermənilərin özününküləşdirmə siyasətinə görə də bir az da bu fakt gizlədilib. Sonradan bütün SSSR-də, daha dəqiq, həbsxana divarlarında oğru taleyi yaşayanların dilində əzbərə çevrilən bu musiqini biz daha çox Aydınçikin, Eyyub Yaqubovun, Rəmişin ifasında eşitdik, sevdik. Hətta məhz bunlara görə Dolyanın bizə məxsus olduğu söhbətləri də yayılırdı. Hətta indiyə qədər də Aydınçikə aid olduğunu bilənlər var. Amma Aydınçik sadəcə, özünə məxsus əlavələr eləmiş, ağır ritmini bir qədər oynağa salmışdır.

Günü bu gün də toylarda belə səslənən bu musiqi o vaxtlarda daha çox toylarda səslənirdi. Ermənilərin özünküləşdirmə istəyinin bir sübutu da Bokanın verdiyi bir müsahibəsində açıq-aşkar "gizlənir".

O, müsahibəsində deyir ki, xüsusi ilə özünün populyarlaşmasında “Dolya Vorovskaya”-nın böyük rolu olub. 70-ci illərdə, Daşkənddə ziyafətlərdən birində Boka “Dolya vorovskaya”nı oxuyub və bu zaman məclisdə iştirak edən qonaqlardan biri gizlicə onun səsini yazıb: “Bir neçə gündən sonra Daşkənddə hamı avtomobilində “Dolya vorovskaya”ya qulaq asırdı. Mahnı bütün Özbəkistana yayılmışdı. O ziyafətdə səsimi yazmasalar belə, başqa birində mütləq yazacaqdılar. Bundan sonra müxtəlif məclislərdə iştirak etməyimə baxmayaraq, çoxluq “Dolya vorovskaya”nı sifariş edirdi”.

Bizim Dolya ifaçımız, Aydınçik isə öz müsahibəsində belə deyib;

- “Dolya Vorovskaya”-nın ilk dəfə Atarik adlı türkmən müğənnisindən eşitmişəm. “ 1976-cı ildə gənc yaşlarımda Türkmənistanın Krasnovodsk şəhərinə getmişdim. “Karavan” və başqa mahnıların müəllifi Atarik adlı türkmən balası var idi. Mən “Dolya Vorovskaya”nı birinci dəfə Krasnovodskda onun ifasında eşitmişəm. Dəqiq bilirəm ki, bu mahnının müəllifi Atarikdir. Eşitdim, xoşuma gəldi, “zapis” elədim. Daha sonra da mahnını Bakıda ifa etdim, gözlənilmədən tanındım. Mahnı mənim ifamda daha çox bəyənildi, daha çox qəbul olundu. Şayiələr gəzməyə başladı ki, guya “Dolya vorovskaya” mənimdir”.

Hələ 70-ci illərdən bu musiqinin müqəddəsliyini qorumağa çalışan cayıl oğlanlar bunun üstündə cinayətlər belə törədib. Ümumiyyətlə, bu musiqinin elə bir enerjisi var ki, haqqındakı söhbətlər də bitib-tükənmək bilmir. Ona görə nə bu musiqini, nə də heç MDB oğrularına qeyri-ciddi yanaşmaq olmaz. Ola bilər ki, düşüncələrimiz bu yol olmasın, fikirlərimiz bu yoldan uzaq olsun, amma bu da bir yoldu, gedilməliydi, gedilir.

İlk ifaçısı, aktyor Georgiy Şavquladze, elə film çəkilişləri zamanı, "Dolya"nı ifa edərkən dünyasını dəyişib- belə deyilir. Bu, müəyyən mənfi aura yaradıb filmin ətrafında. Bu musiqinin ideologiyası uğrunda ölənlər azdırmı? İfaçılardan Vladimir Vısotski də bilirik.

Ömrü “varanoklarda,”, dörd divarda keçən, kriminal ideologiyasının adamları üçün bu musiqi elə həm də layladır.

Nədənsə, elə bilirəm ki, Dolyaya qulaq asan hər kəsin içindən ani olaraq cinayət etmək, “varanokda” getmək, bir az da dərinə gedib “karsa” düşmək istəyi olur. Dolya elə bir musiqidir ki. uşağı da, qocanı da hüznləndirə, aurasını dəyişə bilir. Düşüncədən asılı olmayaraq Dolyaya sırf sənət baxımından yanaşmaq mütləqdir. Təbii ki, Dənizkənarı parkda gitarə ilə “beş yaşından türmələrə düşəndə” oxuyanların Dolyasından getmir söhbət.

 

Orxan Saffari