SON DƏQİQƏ:

Direktor müavini olmaq istəyən 500-dən çox şəxs imtahan verib

  19656   |  
Şriftin ölçüsü  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 504 nəfər iştirak edib.

İdarədən Adalet.az-a verilən məlumata görə, onlardan 363 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini (24 iyun), 141 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı (25 iyun) vəzifəsi üzrə imtahana qatılıb.

Namizədlər proqram təminatı tətbiq edilməklə 60 dəqiqə vaxt ərzində 40 sualdan ibarət test tapşırığını cavablandırıblar. Bir neçə qrupda keçirilən imtahanda iştirakçılara müvafiq test bankından götürülmüş müxtəlif suallar təqdim olunub.

İmtahana gələrkən namizədlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxlanılıb, mobil telefonları təhvil alınıb, karantin qaydalarına uyğun olaraq dezinfeksiya olunduqdan sonra ara məsafəsi gözlənilməklə imtahan zalına buraxılıblar. Şəffaflığın təmin olunması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb.

Qeyd edək ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin “Şəxsi kabinet”inə göndəriləcək. Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK