adalet.az header logo
  • Bakı 20°C
13 Iyul 2021 11:32
16906
SAĞLAMLIQ
A- A+

ABŞ BU VAKSİNLƏ BAĞLI XƏBƏRDARLIQ ETDİ

ABŞ -ın ərzaqa və tibbi dərmanlara sanitar nəzarət idarəsi  (FDA) koronavirusa qarşı tədbiq olunan Johnson & Johnson  peyvəndinin nadir xəstəliklərdən sayılan autoimmun təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib.
 

Yayılan sənəddə bildirilir ki, "J&J peyvəndi vurulduqdan sonra, 42 gün ərzində Giyena - Barre sindromu riski artır. Bu çox nadir xəstəlikdir və yoluxma zamanı immun sistem əsəb toxumalarına ( hücryrələrinə) hücum edir.
 

Hazırda ABŞ -da koronavirusa qarşı üç peyvənddən, o cümlədən Johnson & Johnson peyvəndindən istifadə edilir.
 

Hələ aprel ayında amerikan hakimiyyəti, J&J peyvəndi vurulan pasiyentlərdə tromb əmələ gəlməsi səbəbindən, bu vaksindən istifadə etməyi müvəqqəti dayandırmışdı.  Bir müddət sonra istehsalçılara, pasiyentlərə bu peyvəndin tromb yarada biləcəyi təhlükəsi ilə bağlı mütləq məlumat verilməsi şərti ilə  müvəqqəti qadağa aradan qaldırılmışdı. Lakin indi J&J vaksinlərinin indi daha ağır fəsadlar törədə biləcəyi xəbərdarlığından sonra  görək ABŞ hakimiyyəti nə qərar qəbul edəcək.

Rüstəm Hacıyev