SON DƏQİQƏ:

Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi

  16112   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

Adalet.az xəbər verir ki, bu gün - iyulun 20-də 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 virus infeksiyası ilə mübarizədə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən Tacikistana göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK