adalet.az header logo
  • Bakı 7°C
27 Iyul 2021 13:46
66227
GÜNDƏM
A- A+

Ötən il ordumuzu və iqtisadiyyatımızı aşağılayanlar bu il heyrətdə: Bella və Milena..

Ölkəmiz 10 noyabr bəyanatından sonra işğaldan azad olunan ərazilərin minadan təmizlənən hissələrində sürətli şəkildə bərpa, quruculuq işlərinə, infrastruktur layihələrin icrasına var gücü ilə start verib.

 

Adalet.az xəbər verir ki, Azərbaycan keçən 8 ay ərzində işğaldan azad edilmiş torpaqlarda böyük işlərə imza atıb.  Yollar çəkilir, aeroport tikilir, infrastruktur yaradılır biz sözlə cənnət torpaqlarımızda yenilikləri saymaqla bitməz.  

Ölkə başçısının rəhbərliyi ilə xalqımızın, müharibədə ki uğuru kimi bu uğuru da Ermənistan ictimaiyyətini  eləcə də erməni başbilənlərini ciddi şəkildə narahat edir, heyrətləndirir. Xüsusən, Prezident İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoymuşdu. Burada ümumilikdə iki tunel tikilir və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq. Bax bu fakta reaksiya  erməni media nümayəndəsi tərəfindən daha maraqlı alınıb.

 

 

Deməli, erməni jurnalist Bella Lalayanın sosial şəbəkə hesabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərindən yazması diqqətdən yayınmayıb

Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq "30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin" sözlərini qeyd edib.

 Bellanın statusunu oxuyub, dodaqaltı gülümsəyirdik ki, erməni ekspert, iqtisadçı Milena Qasparyan fikirləri və eyni zamanda ümidsizlik ifadə edən fikirləri qarşımıza çıxdı:”İrəvan Zəngəzura gedən əsas “H-46” (M2) maqistral yolunun təmirinə 2020 ilin əvvəlində dövlət büccəsindən ayrılan pulları alternativ yolların yenidənqurulmasına yönəldir. Bu artıq konkret olaraq əsas strateji yol da daxil olmaqla, bütün Zəngəzurun Azərbaycanın nəzarətinə keçəcəyi deməkdir.

 

Onun sözlərinə əsasən, Zəngəzura gedən əsas yolun təmirinə bir il bundan öncə 1 millyard dram pul ayrılmışdı. “Hazırda bu vəsait alternativ yolların bərpasına yönəldildi. Yəni bizim dövlət “H-46” (M2) yolundan əlini üzdü”, - deyə Qasparyan qeyd edib.

 

 

  Hər zaman, hər çıxışında Azərbaycan ordusunun və Azərbaycan iqtisadiyyatının gücünü küçümsəyən hər bir erməni hazırda bütün uğurlarımıza dözmək məcburiyyətindədirlər.

 

 Əntiqə Rəşid