SON DƏQİQƏ:

Aqil ABBAS: QƏZETLƏR ONA GÖRƏ LAZIM DEYİL Kİ, ORDAN YAZI ÇIXARMAQ OLMUR

  60298   |  
Şriftin ölçüsü  

Mediamız nə təhər inkişaf yoluna  qədəm  qoydusa gündəlik qəzetlərin  sayı azaldı. Bir çox adlı-sanlı, ictimaiyyətdə rəğbət qazanmış  qəzetlərimiz isə (məsələn, «Ayna»-«Zerkalo», «Bizim yol») hələ KİVDF zamanı fəaliyyətini  dayandırmalı oldu.

Ümumiyyətlə, bizə qəzet lazımdırmı? Təbii ki, yox. Çünki  qəzetlərdən  yazı çıxarmaq olmur.  Kəsəsi, necə deyərlər, əlyazmalar  yanmır. Qəzetlər tarixdə qalır, arxivdə qalır və sair və ilaxır.

Əsas məsələ saytlardı.

Çox hörmət elədiyim sayt rəhbəri olan qələm dostumuzun  ürək ağrısı ilə yazdığı bir yazısını elə ürək  ağrısı  ilə də oxudum. Deməli, gəlirlər şikayət edirlər, sayt həmin şikayətləri dərc edir, sonra şikayətçiləri ya ələ alırlar, ya da onlara  təzyiq göstərirlər və  sonda şikayətçilər tələb edirlər ki, həmin yazıları saytdan  çıxarın. Hətta hədələyirlər də redaktoru.  Və yaxud  bir sayt hansısa xəbəri, məlumatı və ya təhlili bir yazını dərc edir, yuxarıdan, yaxud   müxtəlif instansiyalardan  tələb edirlər ki, yazını  çıxarsınlar.  Yarımca saatın  içində həmin yazı saytdan  götürülür.

Eləcə də sosial şəbəkələrdə bir də  görürsən ki, hansısa bir  jurnalist  və ya ziyalı maraqlı, təhlili  bir məqalə paylaşıb. Üstündən 20 dəqiqə  keçməmiş görürsən ki,  təzyiqlərə  davam gətirməyib  sildi.

Qələminə hörmət elədiyim bir sayt rəhbəri sosial şəbəkədə  çox ciddi bir məsələ qaldırmışdı, daha doğrusu, bu gün  gündəmdə olan bir  məsələyə ağıllı münasibət göstərmişdi.  Material xoşuma gəldi, götürüb bir jurnalist dostuma  telefon  açdım ki,  bəs, filankəsin səhifəsini  aç, gündəmdəki  filan  məsələyə çox ağıllı bir  münasibət  sərgiləyib. Üstündən 3 dəqiqə  keçməmiş dostum telefon  açdı ki, axı, onun  səhifəsində  belə bir  yazı yoxdu. Dedim, necə yoxdu, indicə oxumuşam axı? Qələm dostumuzun səhifəsini  açdım, gördüm yazını silib. Özü  də cəsarətli oğlandı, görün  hardan  təzyiq ediblərsə, silmək məcburiyyətində qalıb. Belə hallar tez-tez olur.

Ona görə də, təkcə dövlətin  rəsmi qəzetindən başqa, digər  qəzetləri ləğv etmək lazımdır. Çünki qəzetlərdən  yazını  çıxarmaq  olmur.

Yeri gəlmişkən, saytların da əsas açarı ABŞ-ın əlindədi. İstədiyi vaxt «Stop» qoyub  dayandıra bilir. Necə ki, vaxtilə  Azərbaycanın ən nüfuzlu agentliklərindən biri APA-nın az qala iki illik  zəhmətini  sildilər. 

Hələ saytlara haker hücumlarından  danışmıram. Hakerlər  girib  dağıda bilir, bəzən də  dediyim kimi,  arxivi  silir, hətta istədiyi  sayta xoşagəlməz materiallar da  yerləşdirə bilir.  Beləliklə, sayt çıxılmaz vəziyyətə  düşür. Sonra  başlayır  «Quran»a, çörəkə  and içməyə ki, həmin  yazını hakerlər  yerləşdirib.

Belə-belə işlər, dostlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK