Gözlənilməz təklif - həyata uğurlu vəsiqə - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
66813 | 2021-07-29 11:45

Onu çoxdan, 1980-ci ilin sonlarından tanıyıram: bir nəşriyyat işçisi,  poliqrafçı kimi. Qarşılaşanda salamlaşıb ötüb keçmişik...Yalnız Qarabağın işcalından sonra bilmişəm ki, əslən Qarabağdandır.

Belə ki, bir-birimizi yaxından tanımaq, bacı-qardaş kimi doğmalaşmaq qismətimiz torpaqlarımızın işğalı dövrünə təsadüf etdi. Müharibənin «Daş dövrü» o vaxtkı «Kommunist», indiki «Azərbaycan nəşriyyatı»nda çalışan qarabağlıları və sərhəd bölgəsinin təmsilçilərini bir-birinə daha çox yaxınlaşdırdı. Baş verənlərdən xəbərdar olmaq üçün hamı bir-birini arayıb, hadisələri birlikdə çözməyə can atırdı. Bu səmt bizi az qala hər gün qarşılaşdırır Ağdamda, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Xocalıda, Xocavənddə, Kəlbəcərdə nələr baş verdiyini  birgə araşdırıb çözməyə çalışırdıq.Onda heç aclımıza da gəlmirdi ki,  bizi qarşıda hələ 30 illik vətənsizlik gözləyir...

Bəli,  biz 30 il işğal olunmuş torpaqlarımızdan - Ağdam, Şuşa, Xocavənd, Kəlbəcərdən uzaq qaldıq. Birinci Qarabağ savaşında verdiyimiz şəhidlərin narahat ruhlarının gəzişdiyi torpaqlarımızı geri geri qaytaracacımız günü ancaq arzulamaqla keçirdik. Hər görüşümüzdə «İnşallah növbəti bayramı, növbəti toyu doğulduğumuz yurd-yuvada qeyd edərik» deyib üzümüzü Allaha tutduq. Və beləcə ömrü əridə-əridə və əriyən ömrün içində özümüz də qocala-qocala gəlib 2020-ci ilin sentyabr ayının 27-ə çatdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ali baş komandanın verldiyi əmr təkcə yurd həsrətliləri, qaçqın, köçkünləri deyil, bütün Azərbaycan xalqını və onun dotslarını da ayağa qaldırdı. Xalq bayraq kimi yüksəldi. Bax, mən onda barəsində indi yazacağım həmin o poliqrafçı xanımın gözlərində 30 il o yatan, gizlənən kədərin şüşə kimi çilik-çilik olducunu gördüm. Şuşanın azad olunduğu günü gözümün önünə gətirəndə onun gözlərindəki sevinci sözə sığışdıra bilmirəm. Bu tamam başqa bir aləmdi. Bunu yalnız o anları lentə köçürməklə ifadə etmək olardı. Bu nöqtədə dil də, söz də acizdi...

Bəli, bizi vətənsizlik doğmalaşdırdı. Bu doğmalaşmada Qarabağda ən böyük haqqı olan jurnalist, tədqiqatçı, yazıçı-publisist, naşir, Vasif Quliyevin xidməti danılmazdır. Çünki o mənə İradə xanım barəsində verdiyi bilgilərlə bu xanımı gözümdə o qədər ucaltdı, böyütdü ki, mən artıq iç dünyamı da onunla bölüşməyə başladım. Vətənlə, iməkləyib yüyürdüyümüz o torpağın otu, daşı, suyu ilə  ilişgili hər şeyi danışıb bölüşdüm onunla. Və demək olar ki, artıq hər gün onun iş otağının qapısını döyməyə, hal-əhval tutmağa, təzə xəbərləri birlikdə paylaşmağa can atdım. Bu yerdə bir məqamı da dilə gətirməliyəm. Çünki bu çox vacibdi. Belə ki, ali baş komandanın işğaldan azad olunmuş torpaqlarımıza səfərləri, Ağdamdakı, Şuşadakı çıxışları nöqtə-vergülünə qədər mənim kimi xanımın da yaddaşına yazılmışdı. O sözləri deyiləndə onun da ürək çırpıntısını öz ürəyimin çırpıntısı qədər eşidə bilirdim. Çünki bu sevinc və bir də bu sevincin xoşbəxtliyi bizi vətənsizliyin içərisindən çıxarıb docma yerlərə qaytarmış, Ağdama, Şuşaya qovuşdurmuşdu. Biz həmin yerlərə yenildən qayıdıb o torpaqları öpməyə əyilirdik...

…Tarixi dəqiq yadımda deyil. Yadımda qalan odur ki, son aylarda- görüşlərimizin birində Vasif Quliyevlə özümüzdən, çevrəmizdən söhbət edirdik. Və həmişə olduğu kimt Vasif də birbaşa mənə öz iradını bildirdi. Bax, elə belə də dedi: - Ay Əbülfət, hamıdan yazırsan, bəs bizim İradədən niyə yazmırsan. Ondan ötrü xüsusi tapşırıq olmalıdı?

Günahımı başa düşdüm. Susmaqla ona anlatdım ki, doğru deyir. Amma yazıb-yazmayacağımı söz vermədim. Çünki bu yazının müəyyən hissəsi həmin o 80-ci illərdən yaddaşında, ürəyində qeyd olunmuşdu. Onları toplayıb səfləmək və 1990-cı ildən üzü bu yana yaşadıqlarımızla əlaqəli şəkildə yazıya çevirmək bir zaman işi idi. O zaman da çox gözlətmədi. Və mən bir gün qarşımdakı kompüterin düyməsini basıb internetdə onun səhifəsini açdım. Burda mənə lazım olan bir çox mətləblər, məqamlar qeyd olunmuşdu.

Kiçik arayış: İradə Hacı qızı Ələsgərova 1956-cı ilin noyabr ayının 12-də Ağdam şəhərində doğulub. Elə burada da orta təhsil alıb. Onun bir övlad kimi bəxti onda gətirib ki, valideynlərinin hər ikisi müəllim idi. Xüsusilə əsli Şuşadan olan atası Hacı müəllim Ağdamda sayılan, seçilən, hər yerdə hörmətlə qarşılanan müəllim olduğundan öz davranışı, elmə münasibəti ilə övladlarını təhsilə yönəldə bilmişdi. Məhz bu səbəbdəndir ki, İradə orta məktəbdə oxuyanda rayon təhsil şöbəsinin, məktəb kollektivinin göndərişi olmasa da iki dəfə (1972,1973) respublika üzrə keçirilən riyaziyyat olimpiadasında iştirak edib qalib olmacı bacarmışdı və hamı - ailədə, eləcə də oxuduğu məktəbdə düşünürdü ki, bu balaca qızcığaz mütləq riyaziyyatçı olacaq. Amma...

Bakıya gəlib sənədlərini Bakı Dövlət Universitetinin Gibernetika fakültəsinə verdi. İmtahanlar uğurla keçdi. Artıq tələbə biletini alacacı anı gözlədiyi məqamda bütün həyatını dəyişən bir gerçəkliklə qarşılaşdı. Yəni, yaşlı insanların, Sovet dönəmini yaşayanların yadında bir tarix qalıb. Belə ki, həmin illərdə Azərbaycan KPMK-nın birinci katibi vəzifəsində işləyən ulu öndərimiz, ölkənin savadlı gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil alması üçün çox ciddi addım atdı.  Bu addımlara uyğun olaraq İradəni və onunla birlikdə bir qrup gənci o vaxtkı Təhsil Nazirliyinə dəvət etdilər. Təklif olundu ki, yaranan şansdan istifadə edib Azərbaycanın hüdudlarından kənarda ali təhsil alıb respublika üçün daha önəmli ixtisaslara yiyələnsinlər. İradəyə Lvovda yerləşən Ukrayna Poliqrafiya İnstitutunda (hal-hazırda Ukrayna Çap Akademiyası adlanır) təhsil almaq təklifi olundu. Təbii ki, həm də bildirildi ki, universitetlə tanışlıqdan sonra əyər orada oxumaq onu qane etməsə və yaxud çətin iolsa, Bakıya qayıdıb qəbul olunducu ali məktəbdə təhsilini davam etdirə bilər.

İradə xanım atası ilə birlikdə Ukraynaya - Lvov şəhərinə yola düşdü. Axtarıb Ukrayna Poliqrafiya İnstitutunu tapdılar. Buradakı şərait, yataqxana, onların qəbul edən rəhbərliyin davranışı, apardıqları danışıqlar ilk qığılcım kimi cəlb etdi onu özünə. Və təklifi qəbul edib poliqrafiya üzrə təhsil alan ilk azərbaycanlı tələbə oldu. Özü də xanım tələbə. Hərdən o günləri xatırlayanda mənə deyir:

- Rektorla, dekanla görüşdük, yataqxanaya baş çəkdi, səliqə-səhman çox gözəl idi. Şəhər də xoşuma gəldi. Axşam atam dedi ki, qızım, gəldik gördük. İndi hazırlaş, qayıdıb gedək. Burda sənə çətin olar. Mən isə yox, qalıb oxuyacam dedim. Və beləcə də Lvovlu günlərim- tələbəliyimin ilk ünvanı, ömürümə yazıldı. O, bu ali məktəbdə təhsil alan ilk azərbaycanlı kimi artıq birinci kursun ilk günlərindən biliyi ilə müəllimlərin diqqətini özünə çəkə bildi. Dərslər rus dilində olduğundan o, həm dil öyrənir, həm də ixtisasını mənimsəyirdi. Ona görə də artıq 3-cü kursdan sonra müəllimi -Y.İ.Xvedçin onu özü ilə birlikdə təftişlərə aparır, onun rəhbərliyi altında həm Ukraynada, həm də onun hüdudlarından kənarda Moskva, Leninqrad kimi şəhərlərdə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrində aparılan yoxlamalarda assistent kimi iştirak edirdi. Bu da ona kitablardan öyrəndiklərini təcrübədə görüb ixtisasını daha dərindən mənimsəməyə imkanı verirdi. Təbii ki, maraq, həvəs olanda, öyrənmək də asan olur. İradə xanımın hər gün öz peşəsinə artan marağı, sevgisi onu önə çıxarmış, bir mütəxəssis kimi diqqət mərkəzində olmasını təmin etmişdi. Bakıya qayıdıb işlədiyi müddətdə də dəfələrlə təcrübəli, bilikli mütəxəssis kimi müxtəlif şəhərlərdə təftiş işlərinə cəlb edilir, dəqiqliyi ilə seçilən rəyləri, aktları həmişə sanbalı və kəsəri ilə seçilirdi.

İlk əmək fəaliyyətinə «Dövlətnəşrkom»un «Yeni kitab» mətbəəsində başlayan İradə Ələsgərova bir il ərzində bacarıqlı mütəxəssis kimi dörd vəzifə dəyişib sex ustasından baş mexanikə qədər yol keçir. Sonra isə, «Dövlətnəşrkom»da Baş mühəndis vəzifəsinə irəli çəkilir.

Və 1979-cu ildə AKP MK-nin xətti ilə «Kommunist» nəşriyyatında aparılan yoxlamaya mütəxəsis kimi cəlb edilir. Yoxlamadan sonra isə kommunist olmasa da, kadr kimi ölkənin ali rəhbərliyinin diqqətində yer aldıcından Mərkəzi Komitənin nomiklaturası sayılan vəzifəyə - “Kommunist” nəşriyyatında (bugünkü «Azərbaycan”) texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Az sonra 3 şöbə birləşdirilərək istehsalat şöbəsi yaradıldı və bu şöbəyə rəhbərlik İradə xanıma tapşırıldı. Elə, o vaxtdan da onun ömür yolu «Azərbaycan” nəşriyyatı ilə kəsişdi. Bir az da dəqiq ifadə etsək, artıq həmin tarixdən bu günə qədər o hər gün öz iş yerinə, nəşriyyata tələsir. Və ...

«Azərbaycan” nəşriyyatında işləməklə yanaşı fərdi, elmi yaradıcılığını da davam etdirən İradə xanım ortaya qoyduğu 100-dən artıq elmi məqalə və kitablarla təkcə öz imzasını tanıtmadı. O, həm də bizə, milli qürur mənbəyimiz olan Azərbaycan kitabının minillik bədii və texniki tərtibat tarixini araşdırıb mədəniyyətimizin qədimliyini və zənginliyini isbata yetirməklə bizi tayfa kimi tanıtmaca can atanlara qarşı qoymaq üçün əlimizə mükəmməl əsas vermiş oldu. Bu kitab bir dərs vəsaiti, bir mənbə kimi də tələbələrin, müəllimlərin, nəşriyyat işi ilə maraqlanan hər kəsin arayıb-axtardığı vəsaitə çevrildi. Onun elmi məqalələri, ali məktəblər üçün yazdığı «Kitabın bədii və texniki təxribatı» adlı dərs proqrammı və dərs vəsaiti, «Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» monoqrafiyası, «Azərbaycan kitabının bədii və texniki tərtibatı məsələləri» mövzusundakı disertasiyası respublikamızda bu sahə üzrə yazılmış ən sanballı, mükəmməl nəşrlərdir. İradə xanım Ələsgərova bu gün də poliqrafiya üzrə təhsil almış peşəkar poliqrafçı kimi Bakı Dövlət  Universitetinin «Kitabşünaslıq və nəşriyyat işi» kafedrasında nəşriyyat işi və poliqrafiya sahəsində kadr hazırlıcı işinə öz tıhfəsini verməyə davam edir. Oxuduğu mühazirələr, verdiyi dərslərlə tələbələrin sevimlisinə çevrilməyi bacarmışdır. Tarix üzrə fəlsəfə doktoru kimi gördüyü işin məsuliyyəti ilə yanaşı mahiyyətini, məzmununu da yüksək qiymətləndirməyi bacarır. Qarşılaşdıcı qısqanclıqlar, laqeydliklər əlini işdən soyutmur. Çünki o, işinin peşəkarıdır. Peşəkarlar isə xırdalıqlara enmirlər və...

...Heç vaxt nədənsə giley edib şikayətlənməyi sevməsə də, yalnız ona yaxın olan adamlar bilir ki, üç dəfə (2016,2018 və 2020-ci illər) elm üzrə Dövlət mükafatına təqdim olunmuş «Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» monoqrafiyasına qarşı edilən laqeydlik onun qəlbinə necə toxunub ürəyini üzür. Mükafat komissiyasının ölkənin elm həyatında önəmli  yeri olan bu kitaba laqeydliyini həzm etmək elə də asan deyil. Doğrudur, Azərbaycan prezidenti onu “Əməkdar mədəniyyət işçisi” kimi yüksək ada layiq görüb. Lakin günümüzün iqtisadi problemləri İradə xanımın da həyatına öz təsirini göstərir. Nəşriyyat işi və poliqrafiya, bu sahədə kadr hazırlıcı sahəsində konkret fəaliyyəti olan İradə xanım, 1978-ci ildən dövlət səviyyəli yoxlamaların mütəxəssis-eksperti kimi mövcud problemlərin həllinə və bu sahənin inkişafına mükəmməl elmi-təcrübi biliyi ilə bu gün də real köməklik göstərmək iqtidarındadır. Lakin, bir mütəxəssis kimi halal haqqı olan dəstəyə diqqət və qaygıya  ehtiyac duyur. Yəqin ki, bu işdə respublikanın əlaqədar qurumları, xüsusilə Azərbaycan qadınının ümid yeri olan ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, həmçinin Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digərləri İradə xanımın layiq olduğu «Fərdi təqaüd»lə mükafatlandırılması üçün öz sözünü deyəcək. Bu da ona yeni uğurlar üçün stimul olacaq.

P.S. İnanıram ki, xalqımızı, xüsusilə yurd nisgili ilə yaşayanları yurduna qaytaran Müzəffər Ali Baş Komandanımız, müdrik ölkə başçımız, hər birimizin qarantı olan Prezidentimizin ölkəmizin ilk xanım poliqrafçı-mütəxəssisini özünün imzaladığı «Fərdi təqaüd» barəsindəki qərarı ilə sevindirəcəyi gün uzaqda deyil.

TƏQVİM / ARXİV