adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Iyul 2021 15:40
47891
HÜQUQ
A- A+

Samuxda ferma sahibini öldürən çoban tutuldu

İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Samux Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev isə orada çoban işləyib.