SON DƏQİQƏ:

Aqil ABBAS: QARABAĞLILAR YAXŞI TAR DINQILDADIRLAR

  412628   |  
Şriftin ölçüsü  

Mətbuatda gedib ki, Ağdam şəhərinin rəmzi ilə bağlı (bildiyiniz kimi, dünyada  bütün  böyük şəhərlərin rəmzi var)  müsabiqə  elan ediblər. Çox yaxşı. Və bu müsabiqə ilə bağlı dostumuz İlqar Rəsulun çox maraqlı və ciddi bir statusunu  oxudum. Həmin statusunu bugünki  saytımızda  və şənbə günü  nömrəmizdə oxuya bilərsiniz.

Mən də Ağdamın rəmzi ilə bağlı  təsdiq olunacaq layihə ilə əlaqədar bir tərəddüd  hissi  keçirirəm.

Təxminən  bir  20 il bundan əvvəl ölkənin ən yüksək məmurlarından biri (bu gün də  yüksək  vəzifədədir) qarabağlılar haqqında demişdi ki, onlar  yaxşı tar dınqıldadırlar, getsinlər  tarlarını dınqıldatsınlar.

Mən də onun fikrini qəzetin  manşetinə  çıxarmışdım  və bircə cümlə də şərh vermişdim: «Sizin kimi   filosof  olmaqdansa tar dınqıldatmaq min dəfə daha şərəflidi». Yeri gəlmişkən, bizdə filosofla  fəlsəfə elmləri  doktorunu  qarışdırırlar.  Fəlsəfə  elmləri  doktoru  olmaq hələ  filosof  olmaq deyil,  uzaqbaşı  fəlsəfə  müəllimi  olmaqdı.

Azərbaycanda fəlsəfə  elmləri  doktorları  çoxdu, amma filosof  çox azdı, barmaqla  sayılacaq qədərdi: Asif Əfəndiyev, Ziyəddin Göyüşov, Camal Əhmədov, Firudin  Köçərli.

Bir dəfə televiziya kanallarının birində Ağdamdan çıxmış məşhur  adamlar  haqqında veriliş verirdilər.   Həmin verilişdə nə Xudu Məmmədovdan danışdılar, nə Rafiq Əliyevdən, nə Ziyəddin Göyüşovdan, nə Bayram Bayramovdan, nə Adilə Namazovadan, nə Şahmar Əkbərzadədən, nə Famil Mehdidən… siyahını  çox  uzatmaq olar. Veriliş yalnız tanınmış xanəndələrə, «tar dınqıldadanlara», bir sözlə, musiqiçilərə həsr olunmuşdu.

Professor Qurban Bayramov  haqlı olaraq bu verilişə etiraz eləmişdi və onun  etiraz məktubunu da  «Ədalət» qəzetində çap elədim, təbii ki, bir-iki kəlmə də özüm yazdım.

İndi qorxuram ki, İlqar Rəsulun yazdığı kimi, Ağdamın rəmzi tar, qaval və kamança ola.

Ağdamın rəmzi heç Şahbulaq qalası da deyil, İmarətdəki sərdabədi, 6 min şəhiddi, Qarabağ atlarıdı! Təbii ki, bu da mənim  subyektiv  fikrimdi. Hər halda yaxşı  olar ki, rəssamlar bir Ağdamın  tarixini  oxusunlar.

İlqar Rəsul, yeri gəlmişkən, sən  bilirmisən ki, Bayraq muzeylərinin  heç birində Qarabağ  xanlığının  bayrağı  yoxdur?! Yəni, mən gəzdiyim  muzeylərin  heç birində görməmişəm. 

Onu da qeyd edim ki,  Pənah xanın  bayrağında  şahin quşu  təsvir edilmişdi, ov üstünə  şığıyan  şahin quşu.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK