SON DƏQİQƏ:

Bəyanatdan sonrakı proseslər və proqnozlar: Rusiya sülhməramlıları uzun illər Qarabağda  qalacaq

  564   |  
Şriftin ölçüsü  

 Hələ ötən ilin dekabrında- 10 noyabr sazişinin ikinci ayı tamam olmamış  rus sülhməramlılarının fəaliyyətində və məqsədindəki naqisliklər özünü büruzə vermişdi.

Adalet.az xəbər verir ki, hələ 27 dekabrda Tuğ kəndində 6 erməni terrorçunun növbəti dəfə terror törətməsi və Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə bir daha rus sülhməramlılarının mövqeyi gündəmə gəldi. Axı antiterror əməliyyatlarını sülhməramlılar keçirməli, terrorçuları zərərsizləşdirməli idilər. Zaman keçdikcə, Rusiya sülməramlılarının nəinki Qarabağda yarıtmaz fəaliyyəti, hətta Azərbaycan ərazilərində olması  narazı Azərbaycan xalqının  haqlı narazılığını bir daha təsdiqlədi.  

 

Maksim Şevçenko "sülhməramlı" şərhi

 


 Elə həmin vaxtları Rusiyanın məkrli məramı ilə bağlı tanınmış rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko  "SOS" siqnalı ola biləcək belə bir açıqlama verdi: “Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər “dqr”in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq”.

10 noyabrdan keçən müddət ərzində politoloqun proqnozunun dəqiqliyinə şübhəmiz olmadı. Hazırda millət vəkili Elman Məmmədovun söylədiyi kimi Qarabağa 1960 hərbçi əvəzinə ora 7-8 min hərbçi gətirilib.25 ədəd isə modul tipli şəhərçik tikilməsi əyani sübutlardan biridir.
Yeri gəlmişkən, politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.

 

Oleq Kuznetsovun "sülhməramlı" şərhi

 

 

10 noyabr Üçtərəfli razılaşması ilə əlaqədar olaraq Rusiya Sülhməramlılarının Azərbaycan ərazisinə gətirilməsi və burda 5 il müddətinə qalması prosesinə indiyə qədər heç bir hərbi ekspert və siyasi şərhçi nikbin bir proqnoz verə bilməyib.
Hətta  bir neçə gün əvvəl rusiyalı politoloq, tarixçi, qafqazşünas Oleq Kuznetsov mediaya belə bir açıqlama vermişdi:” “Azərbaycanın erməni icması ilə bu dövlətin əsas əhalisi arasında gərginliyin olması faktoru Rusiya hərbçilərinin bölgədəki mövcudluğunun bünövrəsidir. Bu faktor yekunlaşsa, rus hərbçilərinin Cənubi Qafqazdakı mövcudluğu da sona çatacaq. Buna görə də, sülhməramlı missiyanın öz mandat və regionda mövcudluğuna bəraət qazandıra bilməsi üçün ermənilər Qarabağ nəinki məskunlaşdırılmalı, həm də ora köçürülən ermənilər Azərbaycana qarşı aqresiv ruhda köklənmiş olmalıdırlar. Ona görə də separatçılıq, aqressiya təzahürləri kimi fəaliyyətlərin hamısı vəziyyətin qeyri-stabil olmasına hesablanıb”.
 Təbii ki,  Azərbaycan ictimaiyyətini narahat edən taleyüklü bir məsələyə Azərbaycan rəsmiləri bir açıqlama verməli idi, və  verdilər.

 

Hikmət Hacıyev "sülhməramlı" şərhi

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu narahatçılığı azadaldacaq bir açıqlam verməli oldu:”  Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir ".
Hikmət Hacıyevin açıqlamasından belə başa düşülür ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatıdan başqa Rusiya hərbi kontingentinin hazırda Qarabağda varlığını və fəaliyyətini tənzimləyən başqa bir sənəd yoxdur.
Həmin bəyanatda deyilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır."

 

Aleksandr Skakov "sülhməramlı" şərhi

 


İctimaiyyətə bəzi siqnallar yenicə çatmalıydı ki, rusiyalı politoloq Aleksandr Skakov açıqlaması həmin siqnalları daha aydın şəkildə ortaya qoydu. Onun fikrincə, (əslində beynəlxalq qanunlara əsasən də)  sülhməramlıların yerləşdirilməsi hər zaman parlament tərəfindən təsdiqlənmə ilə rəsmiləşir:"Bu cür nümunələr çoxdur. Serbiya Parlamenti Kosovoda sülhməramlıların yerləşdirilməsini təsdiqlədi? Xeyr. Bosniya və Herseqovinaya, Xorvatiyaya kontingent göndərilməsi ilə bağlı parlamentin qərarı varmı? Yoxdur. Bütün bunlar yaxşı bir vəziyyət yaratmaq üçün edilən cəhdlərdir".
Onun sözlərinə görə, Azərbaycan Qarabağda Rusiya kontingentinin olması ilə hesablaşmalı olacaq. Çünki  Rusiya sülhməramlı kontingenti Qarabağda 5 il deyil, daha çox qalacaq”.

 

 Nəticə

 


 Fikrimizi Kuznetsovun proqnozu ilə yekunlaşdırırıq.Siyasi icmalçı qeyd edir ki,  Azərbaycan və Ermənistanın dövlət sərhədinin tərifi barədə yalnız Azərbaycan daxilindəki bütün maneələr və bölmə xətləri aradan qaldırıldıqdan sonra danışmaq mümkün olacaq. Bunun üçün isə rəsmi Bakının yurisdiksiyası ölkənin bütün ərazisi üzərində qurulmalıdır ki, bu da bütün xarici hərbçiləri (erməni, rus, türk) öz ərazisindən çıxarmağı nəzərdə tutur:
“Bunsuz davamlı sülhdən deyil, ancaq zəif bir barışıqdan danışmaq olar. Ona görə də bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin qurulmasından danışanlar hamısı açıq şəkildə arabanı atın önünə qoyur. Sülh imzalanmayıb, müharibə bitməyib və bu səbəbdən sərhədlərin möhkəm olacağını düşünmək lazım deyil”.


Bir sözlə, Azərbaycan dövləti öz hüdudlarını hansısa sülhməramlıya deyil, öz ordusuna  və xalqına güvənərək təyin etməlidir. Əks halda məhv olmaq qaçılmazdı.

 Əntiqə Rəşid


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK