adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Sentyabr 2021 17:02
2183
MƏMLƏKƏT
A- A+

Xüsusi Təyinatlı  Xalid Quliyevin doğum günüdür:  Şəhidin xanımı və qızı paylaşım etdilər

Bu gün  I Qarabağ müharibəsində xüsusi təyinatlı döyüşçü kimi vuruşub şəhid olan Xalid Quliyevin doğum günüdür.

 Adalet.az xəbər verior ki, Xalid Huseynxan oglu Quliyev 1962-ci il sentyabrin 9-da, Bakıda anadan olub. Xalid Quliyev Nizami Rayonunda yerləşən və hazırda onun adını daşıyan 62 saylı məktəbdə təhsil alıb. O, Politexnik institutunu bitirdikdən sonra Təhsil Nazirliyinin nəzdnində olan “Təcrübə sınaq zavodu”nun baş mühəndis, sonra isə Baş direktoru vəzifəsində 1992-ci ilə qədər calışıb. Ölkədə,baş vermiş hadisələr onu dinc buraxmırdı.Son helicopter  hadisəsində diriykən yandırılmış ziyalıların ölümü Xalidi çox sarsıtmışdı.

 


 Elə o, gündən birbaşa Daxili Qoşunların sırasına könüllü qoşularaq, xüsusi təyinatlı dəstədə Ağdərəyə, torpaqlarımızı qorumağa yollandı. O, Ağdərənin 6-kəndini yağı düşməndən azad etmək üçün döyüşlərdə xüsusi bacarığı və şücaəti ilə fərqlənirdi. Naxcivanik kəndi azad olduqdan sonra Azərbaycan bayrağını buradakı ən hündür yerə taxmaq da Xalid Quliyevə qismət olur. Xalid Quliyevin son döyüşü Manikli kəndində olub. Kəndi azad etdikdən sonra, xəbər gəlir ki, 3 əsgərimiz mühasirəyə düşüb.

 

 

O, (1992-ci il,10 iyul) dərhal dostlarının köməyinə yollanır. Xalid Quliyev döyüşçü dostlarını mühasirədən xilas edib geri dönəndə minaya düşərək şəhid olur. Şəhidmizin canını qurban verdiyi vətəninə əmanət bir övladı qalır. Bu gün model və müğənni kimi tanınan Aynişan Quliyeva Şəhid Xalid Quliyevin yadigarıdı.Xalid Quliyev müğənni Aybəniz Haşımova ilə evli idi. Xalid Quliyevin vaxtıilə təhsil aldığı Nizami rayonunda yerləşən 62-li liseyə ölümündən sonra onun adını verdilər. Yaşadığı küçə də Xalid Quliyevin adını daşıyır. Şəhid olandan sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib. Ruhu şad olsun!

 

 

 Yeri gəlmişkən, bu gün həm sənətçi Aybəniz Haşımova  həm də qızı Aynişan sosial media hesabında bununla bağlı paylaşım edib. Aynişan atasının fotosunu "İnstagram" hesabında paylaşaraq: "Doğum günün mübarək,atam. Savaşçı ruhun məndədi" sözlərini yazıb.

Düzü,  Aynişanın “savaşçı ruhu”  daşıdığı haqqında məlumata ilk dəfə idi ki, rast gəldik. Əslində məşhur olmağa başlayandan onu yaxından tanıyırıq, savaşan ruhu olmağının şahidi olmamışdıq. İnşallah ki, elə Aynişan dediyi  kimidir.

 Əntiqə Rəşid