adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2021 14:46
963
SAĞLAMLIQ
A- A+

Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.

Adalet.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:

“COVID-19-un "mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".