Zaxarova erməni jurnalistləri yerində oturtdu: “Əlavə şərhə ehtiyac duymuram”
Ermənilər yaşadıqları ölkələrdə hər zaman mədəniyyət, elm, incəsənət sahəsinin tanınmış simaları eyni zamanda dövlət və hökümət adamlarının əlləri ilə Azərbaycana zərbə vurmağı amal hesab edirlər. Məsələn Rusiyada hazırlanan “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edən seriyasında Azərbaycan milli mətbəxinə aid olan olan paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi. Təəssüf ki, Rusiyada fəaliyyət göstərən erməni diasporu və Ermənistan vətəndaşlarının şikayətləri əsasında həmin seriya “youtube” səhifələrindən silinib. Təkcə bu fakt onu göstərir ki, ermənilər üçün “sülh danışıqları”, “asayiş”, “dostluq və mehriban qonşuluq” prinsipləri heç bir önəm daşımır
Adalet.az xəbər verir ki, ermənilərdən növbəti addım dediyimiz fikrətəsdiq nümunəsidir.
Ermənilərin Zaxarovadan Azərbaycan əleyhinə söz qoparmaq çabası
Zaman 2019-cu il: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yenə də erməni təəssübkeşliyini nümayiş etdirib, növbəti dəfə Azərbaycana qarşı bəyanat verib. Xəbər verildiyi kimi, o, keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi ittiham edib.
Zaman 2021-ci il- Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yenə də ənənəvi brifinq keçirir. Təbii ki brifinqdə ən fəal iştirak edən yenə də erməni jurnalistlərdi. Onların brifindəiştirakının əsas məqsədi heç də məlumatlanmaq deyil, Rusiya rəsmisindən Azərbaycan əleyhinə cavab qoparmağa çalışmalarıdır. Diqqət edək:
1. Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir?
- Erməni jurnalistin verdiyi sual provakasiya məqsədli olmasını xanım Zaxarova da anlamamış deyil. Amma Zaxarovanın cavabından bilmək olar ki öz sahəsinin peşəkarıdır. Beləki, o, diplomatik cavab verərək, Azərbaycanı ittiham etməkdən çəkinib, sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. Daha sonra yayılan məlumata görə, həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.
2. Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir?
Mariya Zaxarovaverilən suala növbəti dəfə professionallıqla yanaşıb və cavabını da gözlətməyib:
“Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram –deyib və erməni mediasının manipulyasiya imkanlarını nəzərə alaraq cavabı iki cümlə ilə yekunlaşdırıb.
Rusiya dövlətinin rəsmisindən Azərbaycan əleyhinə xırdaca bir söz qoparmaq onların hər yerdən üzülmüş ümidlərinə psixoloji olaraq işıq sala bilərdi.
Təbii ki, erməni jurnalistləri bu cavablar qane etməsə də, əminik növbəti dəfə brifinqlərdə yenidən öz üslubları ilə istəklərini həyata keçirməyə cəhd edəcəklər.
Əntiqə Rəşid