adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2021 16:49
919
SAĞLAMLIQ
A- A+

Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 472 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib. 32 319 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 780, bu günə qədər isə ümumilikdə 4 744 161 test icra olunub.