SON DƏQİQƏ:

İki İran qırıcısının məhvini əmr edən azərbaycanlı general... 

  1216   |  
Şriftin ölçüsü  

Bəlkə də kimlərsə bilir, amma məncə məlumatı olanlar azdır. 1976-cı ildə Azərbaycanda İranın iki qırıcı təyyarəsi vurulub. 

O qırıcılar Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini general-leytenant Tofiq Ağahüseynovun əmri ilə məhv edilib. 

Hadisə belə olur: Azərbaycan səmasında iki qırıcının SSRİ hava sərhədlərini pozduğu aşkarlanır. 

Tofiq Ağahüseynov dərhal həmin təyyarələrin vurulmasını əmr edir. 

Hadisə olduqdan sonra Tofiq Ağahüseynova qarşı SSRİ-nin özündə basqılar başlayır, onun yuxarı komandanlıqla rabitəyə keçmədən qərar verməsi tənqid edilir. 

Komissiya təşkil edilir, SSRİ rəhbəri Leonid Brejnev müdaxilə edərək Tofiq Ağahüseynovun xeyrinə qərar çıxarılmasına nail olur. 

Tofiq Ağahüseynovdan müsahibə alarkən mənə bu haqda danışmışdı: 

"Bəxtimiz gətirdi ki, Brejnev özü də hərbçi idi. Bizə nota göndərilməsinə baxmayaraq, Brejnev bizi dəstəkləmişdi. Çünki başa düşürdü ki, başqa çıxış yolumuz yox idi. O zaman Brejnevin əvəzinə Qorbaçov olsaydı, təbii ki, bizi təqsirləndirəcəkdi. Çünki onun bizə yanaşması tam fərqli idi". 

Sonradan mənə zəng edib xahiş etdilər ki, İranla bağlı hissəni müsahibədən çıxarım, yaşlı olmasını nəzərə alıb xahişlərini yerə salmadım. İndi isə məncə paylaşmağımda qəbahət yoxdur. 

QISA MƏLUMAT: 1923-cü il təvəllüdlü Tofiq Ağahüseynov 2021-ci ilin mayında vəfat edib. 

O, SSRİ ordu sıralarından 1987-ci ildə, general-polkovnik rütbəsində istefaya çıxıb.

Aqşin Kərimov
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK