adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 20:32
1630
GÜNDƏM
A- A+

"Böyük Ermənistan" ideyasını məhv edən Azərbaycan Ordusu üçün "zəvvar " sürüsü problem deyil 

Rusiya sülhməramlıları Xocavənd rayonunda yerləşən Amaras monastırını ziyarət edən 100-ə yaxın zəvvarı müşayiət edib.


Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, erməniləri bu səfər zamanı rusuyalı sülhməramlılar müşaiyət ediblər.
 Qeyd edək ki,  10 noyabr bəyanatından sonra  dəfələrlə Ermənistan vətəndaşları qanunlarımızı heçə sayaraq Qarabağda yerləşən qədim tarixə malik, Qafqaz Albaniyasına, ulu babalarımız olan xristian albanlarının tikdrdiyi  monastrlara ziyarətə gəliblər. Ermənilər 30 il əvvəl bizim qanuni torpaqlarımızı zəbt etdiyi  gündən bizə aid olan maddi mədəniyyət abidələrimizi də özününküləşdirib.  Hazırda torpaqlarımızı erməni işğalından qurtarsaq da, abidələrimizin bir çoxu hələ də erməni  məkrinin əsirliyindədi.

 


 Fikrimi rusiyalı politoloq, Müasir dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikovun sözləri ilə yekunlaşdırmaq istəyirəm.O, bildirib ki, ermənilər keçən ilin payızında müharibəni uduzduqdan sonra “böyük Ermənistan” idealogiyasından, şükürlər olsun ki, geri çəkiləsi oldular. Bu ideyanı Azərbaycan əsgəri məhv etdi.

 

 

P.S. Ümid edirik “böyük Ermənistan ” ideyasını məhv edən Azərbaycan ordusu bir gün də bu “zəvvar ”  sürüsünü  uyğun  şəkildə qaydasına qoyacaq.

 Əntiqə Rəşid