adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2021 09:08
1513
DÜNYA
A- A+

BMT-nin baş katibi Azərbaycanın diplomatik səylərini yüksək qiymətləndirib

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Adalet.az-ın BMT-nin offisinə istinadən verdiyi məlumata görə, baş katib Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq diplomatik səylərini, COVID-19 pandemiyasına qarşı apardığı mübarizəni yüksək qiymətləndirib.

Görüş zamanı BMT - Azərbaycan əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Rəsmilər bölgədəki vəziyyəti, əməkdaşlığı və davamlı sülhün təşviq edilməsi yollarını müzakirə ediblər.

Baş katib BMT ilə Azərbaycan və Ermənistan arasında davam edən dialoq və sülh quruculuğu tədbirlərini dəstəklədiyini vurğulayıb və BMT-nin münaqişədən ziyan çəkmiş əhaliyə yardım da daxil olmaqla əlavə dəstək göstərməyə hazır olduğunu bir daha bildirib.