adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2021 18:13
3000
ŞOU-BİZNES
A- A+

Milyonluq villası, yüz minlik avtomobili olan müğənni itinə  qulluqçu axtarır: Maaş 800 manat olacaq

 Əvvəlcə bildirim ki, DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər - Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yaşanmışdı. Başı qalmaqaldan yenicə ayılmış   müğənni Vəfa Şərifova yenidən bir qalmaqala imza atıb.
Beləki, “İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm”. Yazısı ilə günə damğasını vurub.


Adalet.az xəbər  verir ki,, bu açıqlamanı müğənni Vəfa Şərifova edib. İfaçı bildirib ki, Moskvada özünə it alıb. Sevimli heyvanını Bakıya özü ilə gətirəcək müğənni iti üçün dayə axtardığını bildirib.
O, bu işi bacaran şəxsə 800 manat aylıq əmək haqqı verəcəyini əlavə edib.

Bəhram Cəfəroğlu  adlı yazar  saytların birində “ Vəfa Şərifovanın itinə baxmağa talibəm...” adlı, felyeton üslubunda bir məqalə də  paylaşıb.


Xatırlatma: müğənni Tacir Şahmalıoğlu həmkarı Vəfa Şərifovadan övladının olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Sənətçi bildirib ki, sözügedən xəbəri V.Şərofivanın düşmənləri yayıb: "Guya deyirlər ki, Vəfanın yanındakı qız uşağı məndəndir. Ancaq tamamilə yalan xəbərdir. O, Vəfanın qardaşı uşağıdır, mənim də gözümün qarşısında böyüyüb. Mən belə şeylərlə qurtarmışam".


Qeyd edək ki, V.Şərifova 2 il əvvəl ana olub. Uşağın atası Şəmkirdən olan iş adamı Famil Xəlilovdur.

 Əntiqə Rəşid