adalet.az header logo
  • Bakı 7°C
13 Oktyabr 2021 18:40
5026
ŞOU-BİZNES
A- A+

10 dəfə ərdə olan, xəyanətə görə boşanan aktrisanın son halı: " Yosma" filminin baş rol oyunçusu - FOTOLAR

Türkiyənin tanınmış aktrisası, "Yeşilçam" ulduzu Ahu Tuğbanın möhürünü basdığın filmləri  Azərbaycanda izləməyən çox az adam tapmaq olar. Həyatının "dram" olduğunu söyləyən təcrübəli aktrisa hər zaman qalmaqallı açıqlamalarla gündəmdə uzun müddət qalmağı bacaranlardandı.

O, atasını 11 yaşından bəri görmədiyini və ondan intiqam almaq üçün bu sənəti seçdiyini söyləmişdi. bütün evliliklərində xəyanətə uğradığını söyləyib. Aktrisa konkret ad çəkməsə də, həyat yoldaşlarının yaxın dostları ilə intim münasibətdə olduğunu bildirib. O deyib ki, hətta evdə çalışan xidmətçilərdən biri onun həyat yoldaşından hamilə qalıb.

 

Aktrisanın son halı görənləri əməlli-başlı çaşdırıb.


 Adalet.az xəbər verir ki. Alban əsilli əfsanəvi türk aktrisası Ahu Tuğba13 avqust 1955-ci ildə İstanbulda anadan olub.
Bu il 66 yaşı tamam olur.Əsl adıTuğba Çetindir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu.

 


Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 10 dəfə ailə qurub. İlk evliliyini1981-ci ildə Mustafa Ulusoy ilə qurub.1991-ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindən Anjelik adında1992 təvəllüdlü bir qızı vardır.

 


Ahu Tuğba, İstanbulun Osmanbey semtində "Guantenamera” adlı gecə klubunun sahibidir. Ahu Tuğba ABŞ-ın Floridaeyalətində qızıyla birgə yaşayır.


 Fotoları sizə təqdim edirik:


 Əntiqə Rəşid