adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Oktyabr 2021 13:04
957
ANALİZ
A- A+

Almaniyada azərbaycanlı ailəyə hücum edildi

Almaniyada azərbaycanlı evli cütlük tramvayda hücuma məruz qalıb. “Adalet.az” Almaniya KİV-nə istinadən xəbər verir ki, insident Drezden şəhərində baş verib.

Məlumata əsasən, 54 yaşlı psixi xəstə olan bir kişi tramvayda olan azərbaycanlı cütlüyün ünvanına ksenofobiya zəminində təhqirlər yağdırıb və onlara fiziki xəsarətlər yetirib.

Bildirilir ki, o, ilk olaraq 67 yaşlı azərbaycanlının üzünə zərbə endirib və nəticədə onun alnında çapıq əmələ gəlib.

Bununla yanaşı, 66 yaşlı qadının saçından tutaraq onu yerə yıxıb. Qadın insident nəticəsində üzündən və dizindən xəsarət alıb.

Prokurorluq və polis hazırda insidentlə bağlı araşdırma aparır. Hücum edən şəxsin ciddi psixoloji xəstəlikdən əziyyət çəkdiyi güman edilir. Drezden prokurorluğunun sorğusu əsasında hücum edən şəxs müvəqqəti olaraq psixi xəstəxanaya yerləşdirilib. İnsidentdə təqsirli bilinən şəxs əvvəllər məhkum olunub və cinayət törətdiyi an sınaq müddətində olub. O, hazırda ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

 

Digər Xəbərlər