SON DƏQİQƏ:

Ərinin  intiharında günahkar bilinən, gənc qızı xərçəngdən ölən, özü dərddən xəstə düşən UNUDULMAZ SƏNƏTKAR

  1388   |  
Şriftin ölçüsü  

Görkəmli sənətkar, məlahətli, həzin, şirin səsi ilə Azərbaycan SSR əməkdar və xalq artisti  fəxri adlarına layiq görülmüş Şövkət Ələkbərovanın  bu gün doğum günüdür.

Adalet.az xəbər verir ki,unudulmaz sənətkar, xalq artisti Şövkət Ələkbərova düz 99 il əvvəl - 1922-ci ildə Bakıda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizə bacarığı səciyyəvi idi. 

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə qatılıb və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Şövkət Ələkbərova Opera Teatrında keçirilən yekun konsertdə "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. 

Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. 

Rusiyanın bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. 

"Qarabağ”, "Çay”, "Bir könül sındırmışam”, "Ana”, "Axşam”, "Sənsən ürəyim”, "Tez gəl”, "Dərələr”, "Gəl, səhərim” və s. mahnıların əvəzedilməz ifaçısı olub. Ş.Ələkbərova 1993-cü ildə 70 yaşında dünyasını dəyişib. 

 

Şəxsi həyatı- İkinci evlilik

 


Onun ailə həyatı çox ağır olub. İki dəfə ailə qurub. Birinci nikahından qızı Natella dünyaya gəlib. Həyat yoldaşı çox cavan rəhmətə gedib.Şövkət xanəm ikinci dəfə ailə qurur:
 
Tanınmış rejissor Lətif Səfərov da iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı tələbə yoldaşı Faina Nikolayevna adlı rus qadın olur. Bu evlilikdən rejissorun iki övladı olur. Lakin, bir müddət sonra Faina onu tərk edərək uşaqlarını da götürüb Moskvaya gedir. 1955-ci ildə Lətif Səfərov "Bəxtiyar" filminin çəkilişləri zamanı Bəxtiyarın mahnılarını səsləndirən məşhur xanəndə Şövkət Ələkbərova ilə tanış olub ailə qurur. Onların bu evliliklərindən Bəşir adlı övladı olub.
Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkib. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

 


1963-cü il 9 dekabr gecəsi 43 yaşlı məşhur kinorejissor Lətif Səfərov ov tüfəngi ilə intihar edir. Onun intiharının səbəbləri hələ də sirr olaraq qalır. Bu intihar şübhəsiz ki, böyük söz-söhbətlərə səbəb olur.
Onun ölümünə Şövkət Ələkbərovanın səbəb olduğunu desələr də, ailəni yaxından tanıyan adamlar bu şayiələri qətiyyətlə təkzib ediblər. Şövkət xanımın tələbəsi, müğənni Aybəniz Haşımova müsahibələrinin birində deyir: Lətif Səfərova sənət dostları xəyanət ediblər. Öz əziyyəti ilə qurduğu birlikdən uzaqlaşdırıblar. Onun adından Moskvaya məktub yazıblar. Bunu həm də ən yaxın rejissor dostları edib. Təsəvvür edin, ssenari yazılıb, hər şey hazırdır, son məqamda deyirlər ki, bu filmi başqası çəkəcək. Necə olar adam? Bir sənətkar üçün, özü də aşırı həssas insan üçün çox çətindir. O, bu barədə məktub da yazıb. İntihardan əvvəl. Səbəbini də yazıb. Bir dostların xəyanəti, bir də xəstəlik. İntiharına görə isə məktub yazaraq Şövkət xanımdan üzr istəyib. Məni bağışla yazıb.

 

 Şövkət xanımı qızı Natellanın vaxtsız ölümü xəstə saldı

 

 Şövkət xanımın gəlini, oğlu Bəşirin arvadı Gülnarə xanım mətbuata açıqlamasında müğənni haqqında maraqlı detallar açıqlamışdı.Onun  sözlərinə görə, Şövkət Ələkbərovanın qızından iki oğlan nəvəsi var:

“O qədər qayğıkeş nənə idi ki! Öz uşaqlarına qarşı çox tələbkar idi, amma nəvələrinə qarşı yox. Övladları həmişə bunu dilə gətirəndə deyirdi ki, “siz mənim uşağımsız, onlar nəvələrim”. “Tərbiyəni övladlarınıza siz verin” deyirdi. Mən bunu nəvəm olandan sonra anladım. Mən də eynilə övladlarıma qarşı tələbkar idim, amma nəvəm istəyirəm ərköyün olsun. Nəvə şirin olurmuş. Şövkət xanım çox gözəl nənə idi. Mənim qızım dünyaya gələndə o çox sevinirdi. İstəyirdi ki, qız nəvəsi olsun. Qızım dünyaya gələndə dedi ki, mən nəvəmə öz adımı verəcəm. Sonra mənə baxırdı ki, birdən narazı olaram. Deyirdi ki, “mənim adımın çox gözəl mənası var, bilirsən?! Mənim adımın mənası şan-şöhrət deməkdir”. Mən də deyirdim ki, siz necə məsləhət görürsnüz elə olsun”.
 
Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella çox gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha  mahnı oxumayıb.
 Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaş) vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

 

Allah sevimli sənətkara rəhmət eləsin!


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK