adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Oktyabr 2021 11:02
3884
MÜSAHİBƏ
A- A+

“İnformatika əsrin tələbidir” -  MÜSAHİBƏ

“Danışır müəllim!”

 

Həmsöhbətimiz Xızı rayon Yeni Yaşma məktəbinin informatika müəlliməsi Əfsanə Cənnətəliyevadır.

 

- Kənd müəllimisiniz. Bildiyim qədər Sumqayıt şəhərində yaşayırsınız. Şəhər qızı üçün kənd məktəbinin hansı özəllikləri var?

- Bəli, düşünürəm əsas fərq insanların bir birini uzun zamandı tanıması olur, buda kollektivin daha mehriban olmasına gətirib çıxarır.

- Adətən qız uşaqlarını evdən çox uzaqda işləməyə qoymurlar. Xüsusən də kənd yerinə getməyə. Siz necə tənzimləyirsiniz bunu?

- Valdeyinlərimlə mənim aramdakı dostluq və güvən münasibətinə .

 

-Yəqin ki, bir çox baxımdan kənd mühiti, təhsili yaşadığınız yerdən az-çox fərqlənir. Bu fərqlər nədən ibarətdir?

- Demezdim elədə fərq var. Yaşadığım yerdə də məktəblər infrastruktur baxımdan tam təmin olunmayıb. İşlədiyim məktəbdə komputer otağı , internetin olması dərsləri daha kefiyyətli tədris etməyə kömək edir. Əlbbəttə , digər məktəblərdə olduğu kimi bizimdə yeni avadandıqlara eytiyacımız var.

- İnformtika fənninin tədrisi hər halda uzun illər deyil. Bu fənnin tədrisinin vacib olması sizcə niyə vacibdir?

-Yeni əsrin tələbləri bizdən informatika fənni tədris etməyə yüksək səviyyədə eytiyac yaradır.

- Şagirdlərə bu fənni sevdirməkçün hansı meyarlarından istifadə edirsiniz?

-İnformatika fənni çox geniş meyarlara sahibdi. Çalışıramki fənni sevdirmək üçün praktikaya daha çox önəm verim. Bu da şagirdlərin daha həvəslə dərsdə iştirak etməyə sövq edir. Eyni zamanda scratch, proqramlaşdırma əsaslı dərslərə üstünlük verirəm.

- Adətən bir çoxlarına görə məktəblərdə bu fənn əsas fənn sayılmır. Məsələn, riyaziyyat, tarix, fizika və.s kimi. Bu barədə fikirləriniz maraqlıdır.

-Hazırkı dövr informatikanın əsrin tələbi olduğu dövrdür. Hal-hazırkı zamanda da tələbə və gənclərin daha çox seçimi informasiya sahəsidir.

- Eyni zamanda müxtəlif kurslarda çalışırsınız. Bu başa düşüləndir. Bir çox müəllimlər belə edir. Bəs, özəl sektorda, kurslarda çalışmaq məktəbə xüsusi diqqət ayırmaqdan adamı yayındırmır?

- Əksinə bir müəllim kimi daha da təkmilləşdiyimi düşünürəm və öyrəndiklərimi şagirdlərlə birlikdə tətbiq edirəm. İnformatika çox surətlə inkişaf edən bir fəndir ona görə daim öz üzərində işləmə ehtiyacı duyursan.

-Sosial şəbəklərdə təhsillə bağlı xüsusi aktivliyiniz seçilir. İstər onlayn proqramlar, bununla bağlı tədris, digər müəllimlərlə müsahibə, açıqlama vəs. kimi.

-Bacardığım qədər bir müəllimə kimi faydalı olmağa çalışıram.Həmkarlarımın və şagirdlərimin daha çox maariflənməsi üçün sosial şəbəkələrdə faydalı postlar paylaşıram.

 

Söhbətləşdi: Emin Piri