adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Oktyabr 2021 13:07
1116
DÜNYA
A- A+

Kraliça II Elizabet  xəstəxanaya düşdü

Bakinqam Sarayından yayılan məlumata görə, kraliça II Elizabet oktyabr 20-si günü gecəni xəstəxanada keçirib.
Məlumatda bildirilib ki, həkimlərin bir neçə gün dincəlmək ilə bağlı tibbi tövsiyələrindən sonra, Kraliça oktyabrın 20-si bəzi ilkin təhlillər üçün xəstəxanaya gedib və gecəni orada keçirib. 21 oktyabrda isə nahar vaxtı Vindzor qalasına qayıdıb və hazırda yaxşı əhval-ruhiyyədədir.

AYXAN