SON DƏQİQƏ:

Ermənistanda vəziyyət yenidən qarışdı: Paşinyan niyə getməlidir və yaxud ailəsi ilə birgə niyə meydanda yandırılmalıdır? - Təfərrüat

  754   |  
Şriftin ölçüsü  

 Deyəsən Ermənistanın baş nazir Nikol Paşinyanın vəziyyəti heç də ürək açan deyil.  44 günlük müharibədən uğursuzluqla çıxan Ermənistan sərhəddəki sonuncu qanlı qarşıdurmadan sonra daha da qarışıb.

 

 Adalet.az Sputnik Armenia saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.

 Sayt bildirir ki, aksiyaların təşəbbüskarları başda Robert Koçaryana məxsus “Ermənistan”  fraksiyası, həm digər siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də fərdi şəxslərdir.

Vəkillər Palatasının keçmiş rəhbəri, Dirçəliş Partiyasının sədri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Zöhrabyan  öz Feysbuk səhifəsində azadlıq hərəkatının başlanması barədə status yazmışdı:

“Nikol Paşinyanlar nələrə görə məsuliyyət daşıyır:

1. Silahlı qüvvələrin hərbi-texniki dəstəyinin düzgün təşkil edilməməsinə görə;

2. İran və Gürcüstanla münasibətlərin pisləşməsinə görə;

3. Rusiya ilə lazımi əməkdaşlığın təmin olunmamasına görə;

4. Danışıqlara dalana dirədiyinə görə;

 

5. Müharibə zamanı səfərbərliyin düzgün təşkil edilməməsinə görə;

6. Müharibə dövründə insanların gerçəklikdən kənarda saxlanılmasına görə;

7. Müharibə zamanı qarşılıqlı yardımın düzgün təşkil edilməməsinə görə;

8. Müharibəni tez bitirməməyə görə;

9. Sənədi hər kəsdən gizlin imzaladığına görə.

Bu vəziyyətdə hamımızın günahkarıq, ancaq məğlub olan səlahiyyətlilər getməlidir. Nikol Paşinyan getməlidir və gedəcək”.

 

Yeri gəlmişkən, Ermənistanda orta məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.

Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun baş nazirin siyasəti ilə razılaşmadığı və fərqli siyasi baxışlarının olduğu qeyd edilir.

Məlumata görə, Akop Qriqoryan 7-ci sinfin şagirdlərinə dərs keçərkən Nikol Paşinyanın öldürülməsinə, ailə üzvlərinin meydanda yandırılmasına çağırışlar edib. A.Qriqoryana qarşı Ermənistanın Cinayət Məcəlləsinin 262.2 maddəsi (zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğat maddələri üzrə) üzrə cinayət işi açılıb.

P.S. Ermənilərin içinə bir dənə ağıllı düşmüşdü, onu da deyə-deyə, danışa- danışa dəli edəcəklər...

Əntiqə Rəşid

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-27
2021-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK