SON DƏQİQƏ:

ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü keçirilib

  279   |  
Şriftin ölçüsü  

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İsrail-Amerika Şurasının birgə təşkilatçılığı ilə paytaxt Vaşinqton və ətraf ərazilərdə yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü təşkil olunub. Görüşdə tikinti, daşınar və daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat və horeca istiqamətləri üzrə fəaliyyət göstərən müxtəlif iş adamları iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Adalet.az-a verilən məlumata görə, tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov açılış sözü ilə çıxış edərək görüşün təşkil edilməsində əsas məqsədin İsrail Dövləti ilə Azərbaycan arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamları arasında da təşviq edilməsi olduğunu diqqətə çatdırıb.

Həmçinin tədbirdə əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdə aparılan davamlı islahatlar və iqtisadiyyatın diversifikasiyası, o cümlədən biznes mühiti barədə ətraflı məlumat verib, ilk dəfə təşkil olunan bu görüşün hər iki icmanın biznes dairələri arasında işgüzar əlaqələrin qurulması üçün zəmin yaratdığını bildirib.

Daha sonra İsrail-Amerika Şurasının nümayəndəsi Elkana Ben İtan danışıb və ABŞ-da bu cür birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində həmçinin İsrailli yazıçı Avi Yoriş tərəfindən qələmə alınmış “Sən innovativ olmalısan: İsrail ixtiraçılığı dünyanı necə yaxşılaşdırır” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Kitab Ticarət Palatasının dəstəyi ilə Azərbaycan dilində dərc edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK