adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
29 Noyabr 2021 09:49
460
HADİSƏ
A- A+

Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

Adalet.az xəbər verir ki, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (report)