adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
03 Dekabr 2021 14:13
263
MƏMLƏKƏT
A- A+

FHN: Azad olunan ərazilərdə yad cisimlərə toxunmaq olmaz - VİDEO

Azad olunan ərazilərdə yad cisimə və ya partlamamış sursata rast gəlinən zaman onlara toxunmaq olmaz.

Bunu Trend-ə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun komandiri, gizir B.Gülməmmədov bildirib.

"Öz doğma yurdlarına geri dönəcək olan vətəndaşlarımız bu ərazilərdə yad cisim və ya partlamamış sursatla rastlaşdığı zaman onlara toxunmamalıdırlar", - deyə qrup komandiri əhaliyə müraciət edib.