adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
04 Dekabr 2021 19:21
367
DÜNYA
A- A+

“Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ

“Əgər Mixail Saakaşvili sizə lazım deyilsə, Ukraynaya qaytarın, o bizə lazımdır”.

Modern.az “Georgia Online”a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Liza Yasko Gürcüstanın eks-prezidentini Mixail Saakaşvilini Qori hərbi hospitalında ziyarət etdikdən sonra bildirib.

Qeyd edək ki, Liza Yasko həm də Mixail Saakaşvilinin 3-cü həyat yoldaşıdır.

Liza Yaskonun sözlərinə görə, dünənki prosesdə məlum olub ki, Gürcüstan hakimiyyəti ya onu öldürmək, ya uzun müddətə azadlıqdan məhrum etmək istəyir.

Rada deputatı onu da qeyd edib ki, Mixail Saakaşvili fiziki cəhətdən xeyli zəifləyib.


“O, ilk növbədə bu soyuq havada prosesləri gözləyən və işıqlandıran jurnalistlərə öz salamlarını çatdırır. Dünənki məhkəmə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı əsassız ittihamlar var. Görünür, hakimiyyət Mixail Saakaşvilini öldürmək və ya ona uzunmüddətli həbs cəzası vermək istəyir. Əgər Gürcüstanda Mixail Saakaşviliyə ehtiyacınız yoxdursa, onu Ukraynaya qaytarın, o bizə lazımdır”, - deyə Liza Yasko bildirib.
 

Qeyd edək ki, bir nüçə gündür Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin işi üzrə məhkəmə prosesi başlayıb.  Sabiq prezident və onun dövründə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olmuş Temur Canaşia 9 milyon 24 min 367 lari məbləğində dövlət vəsaitini M.Saakaşvilinin şəxsi xərclərinə yönəldərək mənimsəməkdə ittiham edilir.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti bu il oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.