adalet.az header logo
  • Bakı 21°C
02 Mart 2015 12:56
56647
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.


15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                         ***


İradə Cəlil: "Dolların ucuzlaşmasını təmtəraqla manşetə çıxaran saytlar utanım yerinizə..əəə ayıb döyülmü o boyda bahalaşmadan sonra 00.2 faiz azalmanı manşetə çıxararsız?


                                                                         ***


Milor Lord: "Hər kəs sanki ölümü bu gün kəşf edir ,dərk edir və təcüblənərək heyfsilənir ..(hansı ki ölüm taa qədimdən var)”


                                                                          ***


Bəxtiyar Rəhimov: "Yaşadığımız fani dünyada insan çətinliklər qarşısında kamilləşir.

P.S. Yerdə yatan yumurta bir gün göylərdə uçan Qartal olur!



                                                                       ***


Nərgiz Aziz: "Hamımızın sirləri var. Bəzilərimizin sevdiklərini qorumaq üçün, bəzilərimizin də səhvlərimizi gizlətmək üçün var..



                                                                        ***


Elşən Aslanov: "Fəxr etməyə bir şey tapmayanda başlayır əsli-nəcabəti ilə öyünməyə”



                                                                        ***



Yusif Məhəmmədoğlu: "Hər şeyin bahalaşdığı bir məmləkətdə dostluq, inam, etibar, sədaqət, sevgi, məhəbbət çox ucuzlaşdı...



                                                                         ***


Xoşgül Quliyeva: "Ölüm ayağında son arzun nədi desələr bir iki nəfəri çıxmaq şərti ilə, hamımız birlikdə ölmək istərdim deyərdim. Mən eqoist deyiləm sadəcə həmrəy olmaq istəyirəm



                                                                          ***


Əvəz Rüstəmov: "Nobel komitəsi Obamaya deyir ki, qardaş, sənə verdiyimiz mükafatı geri qaytar, sülhün təpənə dəysin...



                                                                          ***


Ləman Piriyeva: "Cəmiyyətin mövcud qaydaları insanları cinayət və pis əxlaqdan müəyyən bir yerə qədər çəkindirər. Ancaq hər insana iyirmi dörd saat nəzarət etmək mümkün olmadığı üçün müəyyən bir yerdən sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Terroristlər de vicdanlarını deyil, nefslerinin səsini dinləyirlər. Buna görə də sevgisiz və təcavüzkardırlar. Asanlıqla əxlaqsızlıq edir, insanlara heç vicdan əzabı çəkmədən əziyyət verə bilirlər. Bunun səbəbi isə bu şəxslərin Allahdan qorxmamaları və din əxlaqını bilib tətbiq etməmələridir. Çünki Allahdan qorxmayan insanı cinayət törətməkdən çəkindirən heç bir güc yoxdur



                                                                           ***


Elnur Hidayətoğlu: "Axı, niyə belə elədirlər? "Siqaret bahalaşıb" bəhanəsiz ilə iki gündür özüm-özümlə mübarizə aparırdım, siqareti tərgitməyə çalışırdım. İmkan vermədilər.Deyirlər siqaret yenidən ucuzlaşıb, daha doğrusu əvvəlki qiymətə qayıdıb...Gül kimi tərgidirdim dəəə....




Sübhan Mahmudlu