SON DƏQİQƏ:

Fəzail Ağamalı: “Yeni məktəblərin açılışı məni çox sevindirib”

  51638   |  
Şriftin ölçüsü  

2015-ci il seçki ilidir. Müstəqil Azərbaycanın Milli Məclisinə sayca 5-ci seçkilər keçiriləcək. Artıq seçki dönəminin başlamasına müəyyən müddət qalmasına baxmayaraq müəyyən aktivlik müşahidə olunur.

"Ədalət”qəzeti qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar millət vəkilləri ilə onların 5 illik fəaliyyətini dəyərləndirir. Mandatını qazandıqları seçicilərin ümidlərini nə dərəcədə doğruldub doğrultmadığını deputatların özləri qiymətləndirir.

Beləliklə "Mandat” Rubrikasının bugünkü qonağı 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilən deputatı,Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.

-Fəzail müəllim, 5 illik Milli Məclis fəaliyyətini necə dəyərləndirirsiniz?

-Dördüncü çağırışda seçilən deputat kimi deyə bilərəm ki, bu çağırışda da millət vəkilləri üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldilər. Təhsil, Elm haqqında qanunlar və dövlətçiliyimizlə bağlı bir sıra ciddi xarakter daşıyan sənədlər qəbul olundu. Bununla yanaşı çoxsaylı qanunlara əlavə dəyişiklik edildi. Bütün bunlar deməyə əsas verir ki, Milli Məclis ötüb keçməkdə olan bu 5 ildə öz işini normal qura bildi.

-Siyasi müstəvidə bizim başlıca vəzifəmiz qanunvericiliklə məşğul olmaq və Azərbaycan dövlətçiliyinə xidmət etməkdir. Dövlətimizə, onun güclənməsinə öz töhfəmizi verməkdir. Mən də bir millət vəkili kimi bu yöndə öhdəmə nə iş düşürdüsə yerinə yetirmişəm. Eyni zamanda seçicilərimlə müntəzəm olaraq görüşlər keçirilib. Seçicilərim qaldırdığı məsələlərə dərhal reaksiya verib. Onların həyata keçməsi üçün əlimdən gələni əsirgəməmişəm.

-"MANDAT”nı qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

-İlk öncə onu qeyd edim ki, ötən illərdən fərqli olaraq seçicilərin müraciətləri xeyli dərəcədə azalıb. Seçildiyim Salyan və Neftçala rayonlarında elektrik dirəklərinin yenilənməsinə ciddi ehtiyacı var. Mavi yanacaq problemi bir neçə kənddə qalıb. Bütün bunlarla bağlı müvafiq icra strukturları ilə danışıqlarımız olub. Ümidvaram ki, dediyim bu problemlər də yaxın vaxtlarda həlini tapacaq. Yol məsələsinə gəlincə onu deyə bilərəm ki, mənim seçilmiş olduğum dairənin 12 kənd Şirvan-Salyan yolunun üzərində yerləşir. Bu yol müasir tələblərə cavab vermir. Mənim tərəfimdən yolun bərpası bir neçə dəfə Nəqliyyat Nazirliyinin qarşısında qaldırılıb və yol kosmatık təmir olunub. Ancaq indi həmin yolun fundamental təmirinə ehtiyacı var. Cənab prezident Salyanda olanda mən məsələnin həllini ondan xahiş etdim və cənab prezident dərhal ona ciddi, operativ reaksiya verdi. Yolun yenidən tikintisilə bağlı sərəncam imzaladı, ilkin vəsait ayrıldı və müəyyən işlər görüldü. Lakin vəsait çox tələb olunduğu üçün yolun tikintisi investisiya proqramına salınmalıdır. Bu da öz həllini tapıb. Əminəm ki, yaxın vaxtlarda Salyan-Şirvan yolunun yüksək səviyyədə yenidən qurulmasının şahidi olacağıq.

-Seçicilərinizin hansı problemin həlli sizi daha çox sevindirib?

-Bu məktəblərin tikintisilə bağlıdı. Yeni məktəblərin tikintisinə mən həmişə çox önəm vermişəm. Hətta Misir Mərdanov nazir işləyəndə xahiş edərək mən onu palçıqlı, yağışlı bir gündə Qarabağlı kəndinə apardım. Ona sual elədim ki, Misir müəllim sizcə, bu məktəbdə bizim nəvələrimiz oxusaydı münasibətimiz necə olardı? Misir müəllim çox narahat oldu. Məktəbin yenidən tikilməsi üçün vəsait ayrıldı və qısa zamanda Qarabağlı kəndində yeni məktəb tikildi. Eyni zamanda digər kəndlərdə tikilən müasir məktəblərin açılışı da məni çox sevindirib. Əlbəttə bütün bunlar ölkə prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsidi, uğurudu.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Sağlıq olsun, ciddi bir hadisə baş verməsə, seçkilərdə iştirak etmək niyyətindəyəm.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Bunun müxtəlif səbəbləri ola bilər.

-Çingiz Qənizadə ilə "parta” yoldaşlığınız necə keçir?

-Zahid Oruc yerini dəyişəndən sonra Çingiz müəllim mənə müraciət etdi ki, mən orda əyləşmək istəyirəm. Mən də ona "yox” demədim. Çingiz müəllimi çoxdan tanıyıram. Dəyərli ziyalı, ağıllı hüquqşünas, fəal millət vəkilidi.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Regionda ciddi proses gedir. Azərbaycan xarici siyasəti ölçülüb biçilmiş, dövlətimizin maraqlarına uyğun, zərgər dəqiqliyi ilə aparılır. Beynəlxalq nüfuzumuz artır, əlaqələrimiz genişlənir. Bütün bu üstünlüklərimiz heç şübhəsiz ölkə prezidenti İlham Əliyevin müdrik və peşəkar siyasətinin məntiqinə söykənir. Bu prosesdə Milli Məclis də fəal iştirak edir.

- Azərbaycan-İspaniya dostluq qrupunun üzvüsünüz. İspaniyada Azərbaycan reallığını qəbul edirlər.

-Dostluq qrupunun üzvləri kimi bir neçə dəfə görüş keçirmişik. Bir il öncə İspaniyadan 6 nəfər gəlmişdi. Bir neçə gün Bakıda qaldılar. İşgüzar və səmərəli görüşlər oldu. Sonda mətbuat konfransı keçirdik. Parlament qrupunun rəhbəri maraqlarımıza uyğun ciddi bəyanatla çıxış etdi. O bəyanatında İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını və dəstəklədiyini önə çəkdi. Əlaqələrimizi genişləndirməyə çalışırıq.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Bu barədə mənim heç bir problemim yoxdur.

Ədil Ədilzadə



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK