adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2015 13:11
48866
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                            ***

Əhməd Yəhyalı: "Nəyəsə mütləq inanmalısan. Ya Onun varlığına, ya Onun yoxluğuna, ya birbaşa Onun özünə, ya da Onun dininə. Başqa yolu yoxdur”.


                                                                           ***

Eldəniz Elgün: "Belə havada adam günortaya qədər müxalifətdə, günortadan sonra hakimiyyətdə təmsil olunarsa günün maraqlı olmasını təmin edər .Hələ ki, günortanı dediyim kimi yaşayıram)))”.


                                                                          ***

Elşad Məmmədli: "4500-ə yaxın facebook yoldaşımdan mənə cəmi 300-ü maraqlı, maksimum 10-u vacib, 5-i lazımlı görünür. Qalanlarının isə səhifəmdə artıq olduğu qənaətinə gəlmişəm. Yaz təmizliyinə başlamağa uyğun zaman lazımdır sadəcə...”.


                                                                          ***

Anar Bayramoğlu: "Musiqi sahəsində uğur qazana bilməyən müğənnilər, üz tutdular toylara, pul qazandılar. Beləliklə də bayağı, səviyyəsiz mahnılar, "səs"lər ortaya çıxaraq şou-biznesi yaratdı. Amma bundan narahat olmağa dəyməz. Çünki həmin o manısların əksəriyyəti, bu gün ən populyar olanı belə, bir neçə ildən sonra yada düşməyəcək. Hərbi xidmətdə olduğum zaman Aqil adlı bir müğənni ortaya çıxmışdı. Ölkədə çox populyar idi. Xatirimdədir ki, onun "Sarı çiçəyim" adlı bir mahnısı vardı. (deyəsən ondan başqa mahnısı yox idi, ya da mən başqasının olduğunu bilmirəm) Bir tabor əsgərin o mahnıya qulaq asıb kövrəldiyi, qəm çəkdiyi hətta ağladığının şahidi olmuşam.

PS. İndi bilmirəm o Aqil hardadı? Ümumiyyətlə oxuyurmu?”.


                                                                           ***

Nicat Hüseyn Dağlar: "Paxıllıq, yekəxanalıq, söz aparıb-söz gətirmək mərəzi qıracaq bu milləti. Başqalarının uğurunu təpəsinə düşmüş yekə bir daş hesab edən adamların nə vaxtsa həmrəy olacağına nəinki inanmıram, buna heç zərif ümidim də yoxdur. Başqasına zərər vurmaqdan manyakal həzz alan adamların gülüşünə ürək qızdırmayın, imkan düşdükcə vuracaqlar sizi...


                                                                            ***

Ceyhun Musaoğlu: "Xaricdə yaşayan azərbaycanlı dostlarımdan xahiş edirəm, ölkəmizi-ölkənizi aşağılamaq istəyənlərin qarşısında susmayın. Vətən qürbətdəkilər üçün daha şirin olmalıdır. Qarışdırmayaq, onlar hakimiyyəti yox, Azərbaycan dövlətini hədəf alıblar. Müstəqil siyasət dünyanı kaloniyaya çevirmək istəyənlərə sərf eləmir. Biz SSRİ-nin caynağından ona görə qurtulımadıq ki, ABŞ-ın müstəmləkəsi olaq... Elə bir azərbaycanlı varmı, ölkəsinin müstəqilliyini itirməsini arzulasın? Yoxdur, ola da bilməz. Müstəqillik ən dəyərli nemətdir”.


                                                                            ***

Elman Elxanoğlu: "Bəzən bir şəhəri sadəcə birinə görə sevərsən...”.


                                                                            ***

Anar Qasımlı: "Yaxşı ki, 2010 Parlament seçkisində deputat olmamışam, yoxsa indi səlahiyyət müddətim başa çatırdı”.


                                                                            ***

Murad Köhnəqala: "Kirayədə yaşayan şair güzgüyə baxıb öz-özünə danışır: "Burda da mən, orda da mən!"
Birdən dostu qapını döyür. Şair soruşur:
- Kimdi?
- Mən!
Şair öz-özünə danışmağa davam eləyir: "Burda da mən, orda da mən, o tərəfdə də mən!.."”.


                                                                              ***

Gülşən Şərif : "Həyatını birmənalı olaraq hansısa dahinin, yazıçının söylədiyi kəlamlarla yönləndirən insanları robot kimi görürəm. Çünki hər insanın həyata və hadisələrə reaksiyası başqa cür olur. Ola bilməz ki, iki insan bir hadisəyə eyni prizmadan yanaşsın. mütləq şəkildə fərqli yanaşma da mövcud olur. Oxşar fikirin olması və ya düşüncəndəkini başqasında görmək sırf onun fikirləriylə həyatını idarə etmək sayılmamalıdır... Hansısa kəlamdan aldığın nəticəni həyatında qismən formalaşdırmaq normaldır amma unutmayaq ki, öz beyninin məhsulu olan fikir öncədən səndə formalaşmasaydı, hansısa dahidən oxuduğun kəlamla razılaşmazdın. Yani deyəcəyim, dahiləri gözünüzdə bu qədər böyütməyin. Onların söylədiyi fikirlər sizdə də formalaşıb. Sizin kimi insanlardılar. Siravi bir insanın ağıllı sözüylə həyatını idarə etmirsənsə, dahinin sözünə bütə sitayiş edərcəsinə inanmayın. Bu da bir cür asılılıqdır və elə bir asılılıqdır ki, insanın özündən asılı olmayaraq şəxsi düşüncələrini əlindən alır...”.


Sübhan Mahmudlu