adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: HƏCC BU DƏFƏ AZƏRBAYCANA GƏLİB

AQİL ABBAS
56518 | 2020-06-24 09:26
A- A+

1999-cu ildə Türkiyədə böyük zəlzələ olanda Həcc ziyarəti ərəfəsi idi. Türkiyənin Şeyxülislamı (Dəyanət İşləri başkanı) çıxdı televiziyaya, Həcc ziyarətinə getməyə hazırlaşanlara belə bir müraciət elədi:

- Əziz həmvətənlər! Bu dəfə Həcc Türkiyəyə gəldi. Ziyarətə xərcləyəcəyiniz pulları zəlzələdən zərər çəkənlərə yardım eləsiniz Allaha da xoş gedər, bəndəyə də!

Türkiyədə hər il Həcc və Ümrə ziyarətlərinə 60-70 min adam gedir.

Ziyarətə hazırlaşanlar Türkiyənin şeyxülislamının müraciətini yüksək qiymətləndirdilər və hacı olmaq istəyənlərin təxminən 50 faizi pullarını geri alıb zəlzələdən ziyan çəkənlərin fonduna köçürdülər.


İndi oxuyuram ki, bu il Həcc ziyarəti iptal oluna bilər və güman ki, olunacaq da.

Amma iptal olunmasa da, ay əzizlərimiz, bu dəfə Həcc Azərbaycana gəlib. Bəlkə biz də türklərdən örnək götürək, eyni millət deyilik?!

Azərbaycanın Həcc ziyarəti kvotası 1500 nəfərdi. Bir ziyarətin yol və otel xərcləri 4500 dollardı. Bu da eləyir, 7.5 milyon dollar.

İnanıram ki, hörmətli şeyximiz Allahşükür Paşazadə də türkiyəli həmkarı kimi ziyarətçilərə belə bir müraciət edəcək və onlar da həmin pulu bu mənfur xəstəliklə mübarizə fonduna keçirəcəklər!


TƏQVİM / ARXİV