ÖNCƏ BİR XƏBƏR: Kinorejissor Arif Babayevin xatirəsi anılıb.
Muzey Mərkəzində Azərbaycanın əməkdar incəsənət xadimi, KİNOREJİSSOR ARİF BABAYEVİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN XATİRƏ GECƏSİ KEÇİRİLİB. Tədbir kinorejissorun yaradıcılığına həsr olunan videosüjetlə başlayıb. Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə rejissorun dostları və sənət yoldaşları iştirak ediblər. Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında tanınmış kinorejissorun həyat və yaradıcılığından söz açıb. C. Quliyev A.Babayevin 10-dan artıq sənədli filmə, tamaşaçıların maraqla baxdıqları "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Birisi gün gecəyarısı" bədii filmlərinə, "Zirvə" kino-novellasına quruluş verdiyini bildirib. Çıxış edənlər A.Babayevin Azərbaycan milli kinematoqrafiyasının inkişafında silinməz izlər qoyduğunu, onun filmlərinin gənc rejissorlar üçün təcrübə məktəbi olduğunu vurğulayıblar.
S.YUSİFOVA
"525-ci qəzet", 14 oktyabr 2008-ci il
Arif Babayev kimdir?
Kinorejissor. 1928-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbi Bakıda oxuyub. 132 nömrəli şəhər məktəbində. Orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumunda təhsil alıb, sonra Bakı Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İnstitutdan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərilib. Lakin orada təhsilini başa vura bilməyib. İkinci kursdan sonra Bakıya qayıdıb. Kinostudiyada işləyib. Bir müddətdən sonra keçib televiziyaya. Sonra yenə də "Azərbaycanfilm"ə qayıdıb, orada kinofilmlər çəkməyə başlayıb. Filmləri: "Zirvə", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Bizi bağışlayın" və sairə.
1983-cü ildə vəfat edib.
NOT: Fotolar Tofiq Abdinin arxivindəndir.
Arif Babayev. Bu adda, bu familiyada mən üç nəfəri tanıyıram. Kinorejissor, respublikanın əməkdar incəsənət xadimi Arif Babayevi, professor, riyaziyyat elmləri doktoru Arif Babayevi və xanəndə Arif Babayevi.
Bu yazı həmin Ariflərdən biri - kinorejissor Arif Babayev haqqındadır.
Son Söz
ARİF BABAYEV - Sizinlə söhbət etmək mənimçün yaxşı oldu. Sizi bilmirəm. Ancaq bir xahişim var. Mənim cavablarımı dəyişməyə, fikirlərimi istədiyiniz kimi yazmağa çalışmayın. Necə demişəm, eləcə də yazın. Redaktə edəndə dediklərimi kəsib doğramayın. Çox xahiş edirəm.
- Arif müəllim, sizin bu xahişinizi mütləq bu yazını çapa hazırlayan redaktora çatdıraram.
***
Neçə il əvvəl "Azərbaycanfilm" haqqında yazı hazırlayarkən kinorejissor Arif Babayevlə görüşdüm. Studiyanın dəhlizində. Bir neçə dəqiqəliyə. Dedim ki, yeni çəkdiyiniz filmdən kadrlar lazımdır. İncəsənət toplusunda çap etmək istəyirik. O, bir az etinasız, bir az da ötəri: filmin fotoqrafını görün, - dedi.
Onun soyuqluğu xətrimə dəydi.
Həmin gün Arifin yadında deyil. Çünki o gün Arif üçün adi gün olub.
Sonralar müxtəlif yerlərdə tez-tez görüşərdik. Sadəcə salamlaşardıq. Vəssəlam. Hər dəfə salamlaşanda istəmişəm o soyuqluğu, o etinasızlığı unudam. Ancaq bacarmamışam.
Arif mənim üçün rəsmiyyət sevən bir sənətkar, qaraqabaq, etinasız bir oğlan kimi qalmışdı.
İlk baxışda o, heç nəylə diqqət çəkən deyil. Qarayanızdır. Boyu da çox uca deyil. Geyiminə yaxşı fikir verir. Sadədir, səliqəlidir. Dəfələrlə onu təsbeh çevirən görərdim. Bu ona yaraşır.
Üstündən bir il keçəndən sonra onunla yenə görüşməli oldum. Kinostudiyaya zəng etdim, dedilər ki, Arif çəkilişdədir. Vağzalda.
... Vağzallarda adam həmişə bol olur, ancaq bu dəfə lap çox idi. Çiskinləyirdi. Get-gedə bərkidi. Adamlar talvarların, günlüklərin altına çəkilmişdi. Ancaq bir dəstə adamın başı elə qarışıq idi ki, nə yağışa baxırdı, nə də küləyə. Bu adamlar arasında əllərini ölçə-ölçə danışan, nəsə göstərən və bir də təkrar edən kinorejissor Arif Babayev idi. Aparatın yanındakı sarıyanız oğlan isə operator Rasim İsmayılov. Rejissor Arif Babayev heç nəyə əhəmiyyət vermədən papirosunu sümürür və hərdənbir üzünü Rasimə tutub - başlayırıq - deyirdi. O saat da ciddi səslə: gözlədiyin adam qatardan düşdü, onu görürsən, sənə yaxınlaşır.
Vay dədəm, vay. Olmadı, olmadı. Belə olmadı, təzədən başlayırıq.
Adamlar hələ də talvarın altında, daldanacaqlarda qorunurdular. Qoruna-qoruna maraqla baxırdılar.
Arif də, Rasim də, Həsən də su içində idilər. Mən onlara baxa-baxa düşünürdüm: kinorejissorun, kinoaktyorun nə qədər həsəd çəkənləri var. Bəlkə də bu adamlar elə həmin hissin ucbatından dayanıb baxırlar. Ancaq burada həsəd çəkiləsi heç nə yoxdur.
Qışqıra-qışqıra, eyni sözləri dəfələrlə aktyora demək adamı bezikdirir. DEYİRLƏR - adi günlərdə Arif Babayev sakit və mehribandı. Deyər-gülər, zarafatlaşar. Onunla olanda darıxmaq nə olduğunu bilmirsən. Vaxtın tez gəlib keçir. Ancaq iş başında, çəkilişdə üzünü görmə. Həmin sakit Arifdən əsər-əlamət qalmır. Elə sərt, elə acıqlı olur ki, bütün işçilər əlindən cana gəlir. Adam da bu qədər dəyişər? Bəlkə elə-belə yaxşıdır.
Başda rejissor Arif Babayev olmaqla yaradıcı heyət "Gün keçdi" filmini çəkirdi. Burada çiskinli, yağışlı gündə əlli-altmış metrlik bir vəziyyət lentə alınmalı idi. Bundan ötəri Moskvaya gedən qatarı gözləyirdilər. Bu qatarla Əsmərmi gedirdi, yoxsa başqası, onu deyə bilmərəm. Onu deyə bilərəm ki, həmin kadrlar filmə nə dərəcədə gərəkli olacaqdı. Ancaq Arifin də, Həsənin də, Rasimin də başı elə qarışıq idi ki, heç kəsi görmürdülər.
Səhərisi yenə də kinostudiyaya zəng etdim. Dedilər ki, elə bax, yanımızdadır. Bu saat dəstəyi verərik ona.
Razılaşdıq ki, axşam görüşək. Birinci görüşümüz baş tutmadı. Deyəsən, Arifin yadından çıxmışdı.
DEYİRLƏR - bir az yaddaşdan səliqəsizdir Arif. Bir saat qabaq dediyi söz yadından çıxır. Bir dəfə kinostudiyanın ikinci mərtəbəsində mənə rast gəldi. Dedi ki, bir yazı var, onu beş-altı günə tərcümə et. Bir saat keçməmiş üçüncü mərtəbədə onunla rastlaşdım. Məni saxlayıb nə desə yaxşıdır: "Yazını tərcümə edib qurtardınızmı?"
Nəhayət, Ariflə çox rəsmi danışdım. Dedim ki, sizin haqqınızda yazı hazırlamalıyam. Xahiş edirəm, söhbət etməyə vaxt ayırın.
- Çox yaxşı, çox yaxşı. Nə vaxt deyirsiniz, görüşək söhbət edək.
... Xidmətçi qız iki fincan kofe gətirdi.
Söhbətə başladıq. Bugünkü kinomuz, onun gələcəyi, gənclərimizin kinodakı rolu, onların yaradıcılığı və ümumiyyətlə, kino sənətinin yenilikləri barədə danışdıq. Söhbət etdikcə mənə elə gəlirdi ki, Arifi lap indicə tanımağa başlamışam. Əvvəlki görüşlərin ötəri təəssüratını unutmağa çalışırdım. Daha doğrusu, özümü məcbur edirdim. Onunla görüşə gələndə qət etmişdim ki, iki il bundan qabaqkı söhbətimizi xatırladacağam. Ancaq söhbətimiz maraqlı olduğundan hələlik buna ehtiyac duyulmurdu.
- Arif, bu vaxta qədər çəkdiyiniz filmlərdən sizin üçün ən əziz olan kadr hansıdır?
- Geniş ekran üçün lentə aldığım "Zirvə", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi" filmlərindən mənə doğma olan kadr tapa bilməzsiniz. Elə başa düşməyin ki, bu filmlər mənə ögeydir. Yox, bunları mən çəkmişəm. Ona görə də həmin kinoşəkillərin taleyi məni həmişə maraqlandırır. Özü də bu filmlər müasir gənclərimizin həyatından bəhs etdiyinə görə onları unuda bilmirəm. Ancaq siz elə kadr deyirsiniz ki, orada mənə bir rejissor kimi yox, insan tək doğma olan an olsun. Bu, sonuncu filmimdədir. Müasirlərimizin ömür-günündən danışan "Gün keçdi" kinoşəklində, sağlıq olsa görərsiniz. Uzun illər bir-birindən ayrı düşmüş iki gəncin - Oqtayla Əsmərin restoranda, restoranda deyirəm ha, kafedə yox, görüşü zamanı lentə alınan kadrlar mənim üçün çox əzizdir. Bu, bir-birindən ayrı düşmüş, hansı hissin ucbatındansa bir-birini itirmiş adamların görüşü deyil. Əksinə, bir-birini unutmağa çalışsa da, bacarmayan, iki gəncin ötənlərə qayıdan anlarıdır.
Arif Babayevin son filmlərindən (əlbəttə, biz bu məqalənin yazıldığı vaxtı nəzərdə tuturuq. Yəni sentyabr, 1971-ci il) biri "Gün keçdi"dir. O, bu filmdə demək olar ki, öz müasirlərinin həyatını lentə alıb. Bu əsər yazıçı Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkilib. Hekayəni ürəyincə lentə almaq üçün bizim kinostudiyada tam imkan azdı. Rejissor Arif Babayevin özü də bu fikirdədir. Ancaq istər Arif Babayev, istərsə də baş rolların ifaçıları Həsən Məmmədov və Leyla Şıxlinskaya əsərin uğurlu olmasına çalışırlar. Bütün əmək bizim günlərin adamları arasındakı mürəkkəb və yeni münasibətlərin araşdırılmasına yönəldilib. Bu adamlar bəziləri üçün bir az qəribə görünə bilər. Ərli qadın Moskva boyda məsafədən təyyarəyə minib Bakıya gəlir ki, nə var, nə var, nə vaxtsa onunla birgə oxuyan sevdiyi adamın ad günüdür. Ola bilsin həyatda belə qızlar, belə qadınlar azdır. Mənə elə gəlir ki, məhz qəribəliyi ilə Əsmər daha maraqlıdır, Həsənin oynadığı Oqtay da onun kimi. Məhz bu qəribəlik (əgər belə demək olarsa) kinorejissor Arif Babayevi sehrləyib.
Bu filmdə Arif Babayev ən kiçik detallarla, ayrıntılarla belə azərbaycanlı rejissor olaraq qalıb. Şübhəsiz, bu işdə ssenariçi Anarın əməyi və zəhməti şəksizdir, Arifin bütün kadrlarında kədər dolu bir lirika görünür. Biz bunu Əsmərin təyyarə vağzalında qarşılandığı və yola salındığı anlarda daha yaxşı duyuruq. O anda ki, Arifin göstərişi ilə operator Rasim İsmayılovun obyektivi aktyor Həsən Məmmədovu tam planda bir neçə dəqiqəliyə göstərir. O anda ki, Əsmərin əri haqqında söhbətlərindən təngə gələn Oqtay əsəbiləşir. Mənə elə gəlir ki, "Gün keçdi" filmi həm Arif Babayevin, həm də "Azərbaycanfilm"in uğurudur.
- Arif, hansı filminizdə öz həyatınızdan istifadə etmisiniz?
- Bu sual ssenariçiyə verilsəydi, daha dəqiq cavab alardınız. Çünki biz rejissorlar başqalarının hissini, həyəcanını lentə alırıq. Mən sizi başa düşürəm. Dünyanın tanınmış rejissorları Antoninoni, Fellini, Berqman, Vayda və başqaları bütün filmlərində öz həyatlarından nəyisə lentə alırlar. Fellini deyir ki, mən balıq haqqında film çəksəm də orada həyatımın bir parçasını verməyə çalışaram. Mənə elə gəlir ki, sənətin gözəlliyi bundadır. Polyak rejissoru Ancey Vaydanın bu yaxınlarda göstərilən "Hər şey satışa" kinoşəklinin uğurlu çəkilişi məhz dediklərimizlə bağlıdır. Dünya kino sənətinin ən yaxşı əsərlərindən olan "Səkkiz yarım" filmi də bir növ Fellini həyatının əksidir. Son filmimdəki gənc arxitektor Oqtayın həyatı mənim güzəranıma yaxındır.
Oqtay bir vaxt sərt döngələrində boy atdığı, burulğan küləyindən bəzən bezdiyi, arxitekturanın folkloru olan İçərişəhəri Əsmərlə birgə gəzib dolandıqdan sonra evinə gəldi. (Yadımda ikən bir şeyi qeyd edim ki, Oqtayın evi həm ssenariçi, həm də rejissor tərəfindən olduqca varlı və görkəmli verilib. Əlbəttə, bizdə belə memarlar var, ancaq Oqtay yaşında bir sənət işçisinin belə işıqlı, geniş otaqları bəlkə də rejissorla ssenariçi üçün lazım imiş. Otaqdakı səliqəsizlik o saat bircə-bircə göstərilir. Tamaşaçı elə əvvəlcədən bilirdi ki, Oqtay təkcə yaşayır, bütün işlər onun boynundadır).
Kinorejissor Arif Babayev tək yaşayır. Şəhərdə də çox vaxt onu tək gəzən görərsiniz. Həmişə fikirlidir. Nəsə düşünür, nəsə axtarır, xeyirli, dəyərli bir iş görmək istəyir. Müasir gəncliyimizin istək və arzuları ilə qaynayıb qarışan Arif Babayevin ömründə hər şey asanlıqla başa gəlmir. Hardasa, nədəsə uğursuzluq olur. Ancaq o, darıxmır. İnanır ki, bir iş görməlidir. Bu vaxta qədər etdikləri onu qane etmir.
Kinorejissor Arif Babayev haqqında bu dediklərimi yadınızda saxlayın. Bir neçə ay keçəcək, "Gün keçdi" kinoşəkli ekrana çıxacaq. Onda filmdəki Oqtayda da bu xüsusiyyətləri görəcəksiniz.
1971-ci il
(davam edəcək)