adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Noyabr 2016 15:23
98772
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                 ***

Ceyhun Musaoğlu:Gəlin etiraf edək: biz qocala bilmirik. Qocalıq müdrikləşməyə aparmalıydı... Aparmalıydı...”


                                                                ***

Əli Rais: "Ölkəyə təkcə son 10 ildə 100 milyarddan çox neft pulları daxil olub. Amma bu milyardlar yarımçıq binalarda yarımçıq qalmış taleli insanların həyatını dəyişmədi".


                                                                ***

İntiqam Valehoğlu: "Cinsiyyətini dəyişib ərə gedən azərbaycanlını tikə-tikə doğrayıblar. Elə bu bədbəxt doğratdırıb ərə getmişdi də. Bəxti yox imiş”.


                                                                ***

Rufik İsmayılov: "Avropa Şurasının xətti ilə bu ilin may ayında bir qrup jurnalistin Fransaya, daha dəqiq desək, Avropa Şurasına və Avropa Məhkəməsinə səfəri təşkil olunmuşdu. Biz Parisdə təyyarədən düşüb sürət qatarına mindik və Strasburqa doğru hərəkət etdik. Bu, haradasa 500 km, bəlkə də ondan bir az artıq məsafədir. Elə təsəvvür edin ki, Bakı şəhərindən Qazax rayonunun Gürcüstanla sərhədinə qədər olan məsafədir. Sürət qatarı bu qədər məsafəni cəmi 2 saat 24 dəqiqəyə qət etdi. Bu gün isə mən metronun "Azadlıq prospekti" stansiyasından çıxıb 134 nömrəli marşrut avtobusuna mindim və tıxacla Abşeron rayonu Mehdiabad qəsəbəsinə doğru yol aldım. Avtobusla qət edəcəyim məsafə maksimum 20 km ancaq olardı. Amma mənzil başına nə az, nə çox, düz 3 saata ancaq gəlib çatdım...”
P.S. Avropa dağılır....


                                                                 ***

Şəlalə Cəsur: "Həyatınızdan çıxanlara, sizi tərk edib gedənlərə üzülməyin... Çürük meyvələr ağada durmaz...”


                                                                ***

Əzizə İsmayılova: "Çıxdım ki,yağış elə yağır, elə yağır.... Dedim ki "Ax Binəqədi, vax Binəqədi. Nədir sənin bu havadan çəkdiyin?! Nəzərə alsaq ki, hələ ötən yağışın Binəqədidə yaratdığı dəniz, məcrasına çəkilməmişdi və hələ 3 gün də intensiv yağış yağacaq, bir dəstə dul arvad lazımdı ki, oturub hər gün o yoldan keçmək zorunda olan sakinlərin halına diz döyüb ağlasın.

Belə getsə, çökəcək Binəqədi. "Təmiz Binəqədi" tər-təmiz çökəcək, görərsiz”.


                                                               ***

Sədan C Bünyad: "Uşaqlığım üçün darıxmıram.Ancaq o vaxtkı kiçik şeylərdən zövq almaq bacarığım üçün darıxıram”.


                                                               ***

Eldəniz Elgün: "Metroyla işə gəlirdim. İki qadın söhbət edir.
- A qız, ehtiyatlı ol. O günü metroda Nüşabənin cibinə girib 100 manatını aparıblar.
- Yazıq. Ehtiyatlı olaydı da.
- Nə bilsin. Deyir yanımda bir kitab oxuyan gədə dayanmışdı, başında da papaq. Haradan bilsin ki, kitab oxuyan oğrudu.
Dialoqun sonuna qulaq asa bilmədim. Çünki əlimdə kitab, başımda da kepka varıydı. Düşənə yaxın baxdım ki, ikisi də diqqətlə mənə baxır”.


                                                                ***

Tural İsmayılov: "Din çoxlu sayda insanın sui-istifadə etdiyi qorxunc bir alətdir!”


                                                                ***

Firdovsi Fərzəliyev: "Kifayət qədər adam tanıyıram ki, evlənəndən sonra namaza-niyaza, dinə-imana gəlib. Məntiqlə bu, Allah yox, daha çox arvada olan sevgidir.

Sual belədir: Arvadla ara dəyəndə, Allahla münasibətlər necə tənzimlənir?”.


Sübhan Mahmudov