SON DƏQİQƏ:

BU ÜRƏKLƏ…

  94391   |  
Şriftin ölçüsü  

… Deyirlər ki, insan orqanizmində ürək ən həssas üzvdür. Bəlkə də bu deyimdə, bu fikirdə həqiqət çoxdur. Ən azından ona görə ki, hər hansı hadisə, stress, gərginlik baş verəndə elə ilk növbədə zərbə adamın ürəyinə dəyir. Ona görə də çox vaxt dünyagörmüş və müdrik insanlar nəsihət edirlər ki, hər şeyi ürəyinizə salmayın. Yəni hər şeyi ürəyə atanda, «çalxalayanda» elə bütün yük də bu ürəyin üstünə düşür…

Belə baxanda biz ürəyimizi həddindən artıq dərdlə, kədərlə, qəmlə yükləyirik. Tay ürək də tank, traktor deyil ki, bu qədər yükü çəkib aparsın. Hələ bu ürək çox dözümlüdür ki, insanları yaşadır, döyünür və həyata səsləyir...

Ürəkdən danışmağım və bu yazını qələmə almağım heç də təsadüfi deyil. Yaxın bir həkim dostum mənə ürəklə bağlı bir əhvalat danışdı. Və mən də istər-istəməz bu mövzunu qələmə almaq istədim və özümdən xəbərim olmadan yazı yaranmağa başladı. Axı bayaq dedik ürək insana çox sədaqtəlidir. Və bəzən də bu ürəyin içinə ondan qat-qat böyük qəm, kədər dolur, ancaq ürək yenə bizi yarı yolda qoymur ki, qoymur…

Dostum danışdı ki, onun atası 40 yaşı olanda həkimə gedir və həkim də atasını kardioqrama eləyib diqqətlə kardioqramaya baxır. Həkim tez-tez bir kişiyə baxır, bir də elədiyi karioqramaya. Kişi də həkimin belə hərəkətlərindən narahat olur və soruşur ki:

- Ay həkim, başına dönüm, məndə qorxulu nə var, tez-tez gah o kağıza baxırsan, gah da mənim üzümə?

Həkim başını qaşıyır və dillənir:

- A kişi, mən məəttəl qalmışam e, sən bu cür xəstə ürəklə nə təhər gəzirsən və necə yaşayırsan?!

Həkimin sözləri xəstəni bir qədər də narahat eləyir. Düşünür ki, nə qələt elədim bura gəldim. Onsuz da özümü pis hiss eləmirdim. Kişi həmin hadisədən sonra həkimdən necə iyrənirsə, bir daha ürəyiylə bağlı həkimə getmir. Bir dəfə 40 yaşında ürəyini həkimə göstərir və onda da gözü qorxur. Və bu kişi də siqaret çəkən adam olub. 20 yaşından 83 yaşına qədər gündə iki qutu siqaret çəkir. Bu hadisədən sonra düz 43 il kişi yaşayır, nəvə-nəticə sahibi olur. Və 83 yaşında da ürəkdən deyil, başqa xəstəlikdən dünyasını dəyişir. Hansı ki, həkim ona 40 yaşında demişdi ki, sənin ürəyin yaman gündədi.

Allahın insana verdiyi bir ömür payı var. Gərək bu ömür payını elə yaşayasan ki, sonra onun altını çəkməyəsən. Bir gün də başqa bir tanışım klinikalardan birinə gedir. Məşhur həkim onu stress-testdən keçirir. Stress-testdən sonra həkim başını bulayır və ona deyir ki, sənə təcili stend qoyulmalıdı. Əks təqdirdə hər an ölə bilərsən. Həkimin bu sözlərindən qorxuya düşən dostumuz qardaşına zəng çalır və təcili klinikaya gəlməsini xahiş eləyir. Dostumuz isə stend qoydurmağa razılaşmır. Həkim isə deyir ki, əgər stend qoyulmursa, onda bu sənədə qol çək, sabah bir şey olsa buna görə biz məsuliyyət daşımırıq. Təbii ki, dostumuz da o sənədə qol çəkir və sakitcə oturub qardaşını gözləyir.

…Yarım saatdan sonra qardaşı qan-tərə batmış halda özünü xəstəxanaya çatdırır və görür ki, müayinədən keçən qardaşının da rəngi qorxusundan avazıyıb və özünü o qədər də yaxşı hiss eləmir. Çox fikirləşmirlər. Tanınmış kardio-cərrah Firdovsi İbrahimovla əlaqə yaradırlar və Mərkəzi Klinik Xəstəxanada dostumuz Firdovsi İbrahimov tərəfindən anju olunur. Dostumuz da deyir ki, mən anju olunanda monitorda özüm də hər şeyi görürdüm. Firdovsi həkim məni müayinə elədi və dedi ki, sənin damarlarında heç bir problem və tutulma halı yoxdur. Düz 7-8 il müayinə olunmadan rahat gəzə bilərsən. Həkimin bu sözləri həm məni, həm də qardaşımı sevindirdi. Və bu sözlərdən sonra sanki həyata yenidən qayıtdım. Hansı ki, məni qorxudan həkim çalışırdı ki, nəyin bahasına olursa-olsun ürəyimə stend qoyulsun. Nə var, nə var həkimin beş-on manat bu işdən xeyiri olacaq. Mən iki cür həkim gördüm: bir vicdanını pula satan, biri də vicdanını hər şeydən üstün tutan və Allahını sevən Firdovsi İbrahimov.

Gördünüzmü, bəzən hər hansı həkim şəxsi marağı naminə pasiyenti qorxudur və ona stend qoyulmağı məsləhət bilir. Sanki indi dəb düşüb. Bir balaca kiminsə ürəyi ağrıyırsa, vicdansız həkimin yanına gedəndə o dəqiqə həmin pasiyentə pul mənbəyi kimi baxılır və inandırmağa çalışırlar ki, sənin ürəyinə stend qoyuomasa vəziyyətin ağırlaşar, hətta ölə bilərsən.

Nə yaxşı ki, dünyada var-dövlətə, pula-paraya susamayan həkimlər də var. Və nə yaxşı ki, bu həkimlər Allahı başlarının üstündə görüb pasiyentlərə düz yol göstərirlər. Və bir də ürəyinizi möhkəm qorumalısınız. Ən azından həddindən artıq siqaret çəkməməlisiniz və spirtli içkiyə qurşanmamalısınız. Loru dildə demiş olsaq, sağlam həyat tərzi yaşamalısınız. Özünüzü və ürəyinizi qoruyanda tez-tez həkimə də düşməzsiniz və bəzi vicdanını itirmiş həkilərin də qurbanına çevrilməzsiniz…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK