SON DƏQİQƏ:

TARİXİ ŞEYTANLAR

  46516   |  
Şriftin ölçüsü  


"Şeytanın iziylə getməyin”

            Bəqərə surəsi 169

Amerika prezidenti Tramp mart ayının 25-ci günü Qolan təpələrinin İsrailin torpağı olduğunu təsdiqləyən ABŞ sənədini imzaladı, imzaladığı qələmi də "Bu mənim İsrail xalqına hədiyyəmdir” deyərək Netanyahuya verdi. Netanyahu da etdiyi çıxışında "Tramp İsrail ilə bağlı indiyə kimi nə söz verdisə onu yerinə yetirdi, bu addım isə tarixi bir addımdır. Biz iki döyüşdə qalib gəldik və təqribən yarım yüz ildir hərbi zəfərimizin diplomatik zəfərə dönməsini gözləmək məcburiyyətində qaldıq, nəhayət buna nail olduq" - dedi.

Görünüşdə Tramp yəhudiləri sevir və onların yanında yer tutduğunu göstərmək istədiyindən bu addımı atıb, yəhudilər və onların tərəfdarları prezidentin bu addımını alqışlamalıdır. Ancaq Tramp Amerikadakı yəhudilərin siyasi və iqtisadi gücünü öz yanına çəkmək üçün bunu etmişdir. Netanyahu da öz adı ətrafında yaradılan qalmaqalın üstünü örtmək və siyasi ömrünü biraz da uzatmaq məqsədilə bu işin tezləşdirilməsini istəmişdir. Mənə görə hər iki tərəf də yəhudi xalqına yaxşılıq etməmişdir. Əslində Sina yarımadasında bir Yəhudi dövlətinin yaranmasının ən böyük səbəbkarı Böyük Britaniya imperiyası idi və Qolan təpələri ilə bağlı məsələdə İngiltərə Trampın atdığı addımın səhv olduğunu elan etmişdir. Tramp daha öncə də Qüdsün İsrailin paytaxtı olması məsələsini dünyanın gündəminə gətirdi və səfirliklərini buraya köçürmə qərarını imzaladı.

Ağıllı rəhbərlər bu günü deyil, azı əlli il, yüz il sonrasını fikirləşir və addımlarını ona görə atır. Amerika bir şeytan imperiyasıdır və bu dövlətin özülü qan, soyqırım, məsum insanların dağıdılan ocaqları, ah-nalələri, göz yaşları üstündə qurulmuşdur. Bu məsələyə bundan sonrakı yazımda qayıdacağam.

Məlumdur ki, bütpərəst kral Daqyanus hakimiyyətə gələn kimi hz. İsanın dinini mənimsəmiş dindarlara zülm etmiş və onlardan bəziləri təqribən miladi 284-290-cı illər arasında qaçıb bir mağaraya sığınmış (Əshabi-Kəhf) burada üç yüz il Tanrının hikmətiylə yatdıqdan sonra oyanmışdır. Daqyanusdan isə etdiyi zülmlərin əvəzi artıqlamasıyla çıxmışdır.

Amerikanın yaranması əsnasında həyata keçirilənlər Daqyanusun zülmündən daha betərdir, yəni bu şeytan imperiyasının özülü qanla yoğrulub, bu səbəblə dağılacaqdır; çünki zülm heç vaxt əbədi olmayıb və olmayacaqdır.

Dünyanın vampir qüvvələri Orta Şərqdə hakimiyyət qurmaq üçün Birinci Dünya müharibəsindən də qabaq müxtəlif oyunlar oynamağa başlamışdır. Əslində bu oyunlar tarix boyu buralarda oynanıb. Bu gün Suriya və İraq dediyimiz ölkələr də Birinci Dünya müharibəsindən sonra yaranıb. Sərhədlərini də İngiltərə ilə Fransa müəyyən edib. İndi bu yerlərdə dünyanın hansı güclərinin hakim olduğu isə hamıya məlumdur. Qolan təpələrini 67-ci il hərbində də İsrailə qazandıran əslində ona hər cür texnika ilə yardım edən, arxa duran Amerika idi. Dünən "Ərəb baharı”nı yaradan da məhz Amerikadan özgəsi deyildi.

Mənim üçün maraqlı olan budur: Amerika da, İsrail də Suriyanın düşmənidir, düşmənçiliyini də etmişdir, əlbəttə edəcəkdir. Yaxşı, bəs Suriya hakimiyyəti niyə məclisini yığıb bütün dünyanın duyacağı şəkildə "Ey Amerika, sən mənim ölkəmdə işğalçısan, üstəlik mənim torpağımı İsrailin torpağı qəbul edirsən, götür hərbçilərini mənim ölkəmdən çıx" demir? Bunu demirsə, Suriya xalqı niyə Əsədin yaxasına yapışmır?

Tarixin bugünkü göstəricisi İsrail və Amerikanın xeyrinə işləyir, sabahın nələr gətirəcəyini isə yalnızca Tanrı bilir. Məncə, Tramp da, Netanyahu da İsrail xalqına tarixi bir düşmənçilik etmişdir.

Birdən bu sual yadıma düşdü: Dilicanı, Borçalını, Dərbəndi, Göyçəni, Zəngəzur koridorunu Azərbaycanın əlindən alıb özgələrinə kim verdi? Xocalı soyqırımının yaranmasına kim səbəb oldu, işğal altındakı torpaqlarımızı, doğrudanmı, ermənilər işğal etdilər?

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK