adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: ... VƏ O ŞƏKİL

FAİQ QİSMƏTOĞLU
48875 | 2019-12-21 13:59

... Mənim tələbədostum, istedadlı yazıçı-jurnalist Rafiq Hacıyev həmişə bizi təəccübləndirir.Allah-Təala çox sevdiyi adamlara istedad bəxş edib. Və Allah-Təala deyəsənRafiq Hacıyevi bizdən çox istəyir. Bizə yazı-pozu qabiliyyəti veribsə, ona üçistedad bəxş edib: yazıçılıq, rəssamlıq, bir də gözəl və məlahətli səs! Bəlkə dəRafiq Hacıyev səsinin arxasınca getsəydi, jurnalistikadan daha böyük uğurqazanardı. Gözəl xanəndə kimi bəlkə də indi "xalq artisti” adını almışdı. Bunutək mən demirəm. Bunu həm də digər istedadlı dostları – filologiya elmləridoktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri MəhərrəmQasımlı da deyir. O, rəssam kimi də böyük izlər qoya bilərdi. 40 ildən çoxdurki, jurnalistika və yazıçılıqda qələmiylə Fərhad kimi külüng çalır, ona bir "Əməkdarjurnalist” adını da çox görürlər. Amma Rafiq Hacıyev elə xalqın yazıçısı,xalqın jurnalisti, xalqın da publisistidi. Yəni onun yazılarını oxuyan,imzasını tanıyan adamlar dostumuz və qardaşımız Rafiqi çox istəyirlər. OnuAllah da çox istəyir. Ancaq vəzifəli bəndələr çox istəmirsə, bu onların öz işləridi...

... Axı təəccüblənməyimdən,Rafiqin məni təəcübləndirdiyindən danışrıdım. Elə bil bir az mətləbdən uzaqdüşdük. Dedi ki, sənə bir şəkil göstərəcəm məəttəl qalacaqsan. Bu şəkil 1979-cuildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Yeni il” gecəsi iləbağlı hazırlanmış tədbirindən çəkilib. Bu sözü deyib əlini çantasına apardı və ordan bir şəkil çıxardı.Şəkil məni 1979-cu ilin "Yeni il” gecəsinə apardı. Həmin vaxt mən universitetinjurnalistika fakültəsini təzəcə bitirmişdim. Televiziyanın kənd təsərrüfatı şöbəsindərəhmətlik böyük yazıçı Cəlal Bərgüşadın yanında müqavilə ilə işləməyəbaşlamışdım.

... Onda indikikimi gənc istedadlara sevgi yox idi. Maşallah, Aqil Abbas harda bir isatedadlıgənc görürsə, redaksiyaya gətirir, onlara bizdən də yaxşı şərait yaradır. Ammao vaxt televiziyada bəzi özündənrazı redaktorlar bizə yuxarıdan aşağı baxır, gələcəkdəonların yerini tutarıq deyə göz verib işıq vermirdilər. Amma rəhmətlik Cəlal Bərgüşadtam başqa bir sevgiylə gənclərə yanaşırdı.



... Şəkiləbaxıram solda Rafiq Hacıyevi, onun yanında Naxçıvanda kolxoz sədri işləyən"Lenin” ordenli Yusif İsmayılovu və mənim yanımda ayaq üstə duran Bərdərayonunun "Moskva” kolxozunun sədri və Qarabağın sayılıb-seçilənağsaqqallarından olan Hüseyn Ağayevi görürəm. Digər iki qadın və bir kişi dəvar. Onlar da əmək qabaqcılları idi. O çəkilişdən bir gün əvvəl Cəlal BərgüşadHüseyn müəllimin çıxışını yazmağı mənə həvalə etdi. Mən də o çıxışı hazırlayıbbaşa çatdırdım. Cəlal müəllim dedi ki, ağsaqqal səni "İnturist”də gözləyir,apar çıxışı ona çatdır. Mən də tez tərpənib "İnturist”ə getdim, liftlə yuxarıqalxıb onun otağını tapdım. Qapını döydüm, özü açdı. Gülə-gülə dedi ki, ayoğul, nə əziyyət çəkmisən? Təbii ki, mən də dilləndim ki, bu bizim vəzifəborcumuzdu...

... Günortavaxtıydı, məni nahar yeməyinə dəvət elədi. Dedicavan oğlansan, ürəyin nə istəyir de, gətirsinlər, içki-falan, utanmade! Dedim ki, içən deyiləm. Bu, Hüseyn müəllimin lap xoşuna gəldi. Sonra da əlavəelədi ki, heç mən də elə içən deyiləm. Cavanlıqda gərək sağlamlığın qədrini biləsən,qocalanda ağrımayasan. Onunla kəsdiyimbir tikə çörək, yediyim yemək və içdiyim çay heç vaxt yadımdan çıxmır. O qədərsadə və səmimi adam idi ki, istər-istəməz onun hərəkətlərini görüb bu insana məhəbbətim birə-beş artırdı.Ayrılanda məni qucaqlayıb öpdü və dedi: "Pul sarıdan sıxıntın olub eləsə,utanma, de”. Bu kişilər bax, belə mərd, ağayana, səxavətli adam idi. Onlar heçvaxt özlərini dartmaz və başqalarına yuxarıdan aşağı baxmazdılar. Sabahı günü də"Yeni il” gecəsinin çəkilişində Hüseyn Ağayevlə yenidən görüşdük və yenidənonun şirin və səmimi söhbətlərinin qonağı olduq...

... Həmişə "Yeniil” şənliyinə yeni il gəlməmişdən 10 dəqiqə öncə Azərbaycanın xalq artisti,böyük sənətkar Zeynəb Xanlarova nöqtə qoyurdu. Daha doğrusu, yeni il onun oxuduğumahnıdan sonra ölkəyə təşrif buyururdu. Bu dəfə də o çəkilişə gələndə yanındaçox böyük sənətkarlar vardı: Rəmiş, Aftandil İsrafilov, Vəli Qədimov... Özü dəcanlı oxuyardı. Dörd yeni mahnı ifa etdi. Və ifa etdiyi yeni mahnılardan ikisimənim tələbə yoldaşım İradə xanımın nişanlısı, istedadlı şair Musa Ələkbərlininidi. Mahnılar çox gözəl, lokanik, həm də yaddaqalan idi. Mən də çəkilişdənçıxandan sonra təsadüfən şair Musa Ələkbərliylə rastlaşdım. Dedim ki, yeni ilgecəsində Zeynəb Xanlarova sənin iki mahnını oxuyacaq. Və həmin vaxt Musa Ələkbərlidə yeni ildə qayınatası gildə olur və heç kimə də bir söz demir. Mahnılar isəefirə getmir. Montaj zamanı deyilənlərə görə, mahnı kədərli olduğu üçün efirəburaxılmır. Amma veriliş təkrar efirə çıxanda həmin mahnı yenidən tamaşaçılaraçatdırılır. Təbii ki, o mahnılar çox gözəl mahnılar idi. Amma sadəcə olaraq,Sovet dönəmində çox sərt bir senzura vardı. Yəni sovet adamı yeni ildə kədərlimahnı eşitməməlidi. Bu da qəribə bir yanaşmaydı. Ancaq fakt faktlığında qalırki, böyük sənətkar Zeynəb Xanlarova mahnının sözlərini də özü seçmişdi,musiqisini də özü bəstələmişdi. Ona görə də o mahnıların musiqisi də, sözləri dəuzunömürlüdü. Tay indiki kimi söz yığını deyil. Bir də görürsən ki, orta səviyyəlimüğənni deyir ki, mahnının sözləri də mənimdi, musiqisi də və özüm də ifa edirəm.Qulaq asıb görürsən ki, nə o mahnının musiqisi bir şeydi, nə sözləri, nə dəifası. Yəni musiqi də, söz də "bezdarnı” bir təsir bağışlayır...

... Verilişdənçıxandan sonra istədiyim bir qız vardı, onunla görüşmək istəyirdim. Tərs kimi dəqızın ad günü idi, pulum da yox idi ona hədiyyə alım. İmkanlı bir dostumdan 50manat borc istədim, vermədi. Dedi ki, Allaha and olsun, cibimdə bir manat pulumda yoxdu. Hansı ki, beş dəqiqə qabaq yeməkxanada pulu ödəyəndə 25-lik"paçkasını” çıxarıb arasından bir 25 kassirə vermişdi və kassir də onunxırdasını geri qaytarmışdı. Tay demədim ki, ə, kişiliyin olsun, məni aldada bilərsən,amma Allahı aldatmaq olmaz. Sonra eşitdim ki, o 25-lik "paçka” hardasa oturandadüşüb, dəli kimi olub. Deyib ki, mən bilirəm dostumun "ah”ı məni tutdu. Bu da Allaha ağır getdi...

...Fikirli-fikirli kirayənişin qaldığım evə yaxınlaşırdım. Düşünürdüm ki, Allah, mənbu qızın ad gününə getməsəm, gərək onun gözünə görünməyim. Özü də yekə-yekədemişdim ki, sənin ad günündə stolüstü saat bağışlayacam. O vaxt da bu saatlarçox dəbdəydi, qiyməti də 48 manat idi. Saat cəhənnəm, qızı itirməyimdənqorxurdum ey! Çünki dərdindən dəliydim. Evə yaxınlaşdım, açarı çıxarıb qapınıaçmaq istəyəndə gördüm ki, yazdığım yazıların qonorar kağızı gəlib. Allah, nə təhərsevindim! Dedim İlahi, səni tanımayana lənət! Kağıza baxıb gördüm 200 manatpuldu. Gözümə işıq gəldi. Tez poçta qaçdım və kağızı doldurub kassirə verdim. Oda 200 manatı mənə uzatdı. Elə pulu alandan sonra düşdüm şəhərin canına omağaza mənim, bu mağaza sənin. Axır ki, "Tarqovu”da mağazanın birində gəlib osaatı tapdım. 48 manat verib saatı aldım və satıcıya yaxşı-yaxşı bükdürdüm. Tayutanmırdım, elə bilirdim dünya mənimdi. Qızgilə uça-uça getdim. O da "28 aprel” kinoteatrının yanında kirayənişinqalırdı. İçəri keçdim, gördüm məndən başqa hamı masanın arxasındadı – rəfiqələri,qonşuları. Hədiyyəni qıza uzatdım. Amma stolun arxasında rəhmətlik FazilSalayevin sözü olmasın, üç dənə simpatiçni oğlanın əyləşdiyini gördüm.Zırpı-zırpı oğlanlar idi, üçü də qızın qardaşları idi. Mənə elə tərs-tərsbaxdılar ki, tər məni basdı. Qorxdum ki, ayağa durub məni eşşək sudan gələnə qədərçırparlar...

... Qızın rəfiqələrindənbiri bunu hiss elədi, dedi ki, Faiq mənim qardaşımdı, mənə görə ad gününə gəlib.Həmin qız da Zaqataladan idi. Qızın qardaşı dedi ki, sən Zaqataladan, o dadanışanda qadan alım, qağa – deyir. Nəsə məndən şübhələndilər. Ona görə də çoxoturmadım. Heç yediyim də boğazımdan keçmirdi. Dedim bilərlər, qızı cəzalandırarlar.Mən çıxanda qızın böyük qardaşı yenidən tərs-tərs mənə baxdı. Birtəhər çıxıbgetdim...

... O qızın dərdindənmən dəliydim. O qədər çox istəyirdim ki, gecələr də yuxuma girdi. Bu yazınıkompüterə diqtə eləyəndə Gülər xanımdan soruşdum ki, heç soruşmursan ki, dərdindəndəli olduğun qız kimiydi? Dedi bilirəm də, xanımınızdı! Bax, indi o qız mənim37 ildi ocağımdadı, uşaqlarımın anası, nəvələrimin nənəsidi. O qızdan başqakiminlə ailə qursaydım, vallah, bu tappa-turupa heç kim dözməzdi, çoxdanayrılmışdı. Amma o gözəl xanım düz 37 ildi mənim hər cür kaprizlərimə və hərcür cığallığıma dözür...

... Görün o birşəkil məni haralara apardı... Və o bir şəkil Azərbaycanın sayılıb-seçilən,samballı, ağayana kişilərindən olan Hüseyn Ağayevlə görüşdürdü. O, Allahın dərgahınaqovuşub, ruhu şad olsun! Çox gözəl də övladları, nəvələri var... O bir şəkil məniNaxçıvandan olan Yusif İsmayılovla yenidən birləşdirdi. O da Allahın dərgahınaqovuşub. Qəbri nurla dolsun! Və o şəkil məni həm də 23 yaşına apardı. Bax, ondamənim 23 yaşım vardı...

... Şumal kimioğlan idim. Saçım da yerindəydi, atam, anam, qardaşım da sağ idi, özümün də dərdim-sərimyox idi. Və bir gözəl qızın da eşqiylə yaşayırdım. Bir sözlə, çox xoşbəxt günlərimidi. Ondan xoşbəxt günlərim heç vaxt olmayıb, ondan gözəl anlarım heç vaxt yadadüşmür. Amma naşükür deyiləm. Bu gün də gözəl ailəm var – balalarım, nəvələrim!

... Əgər insan səhəraçılanda sağ-salamat ayağa qalxırsa, boğazından bir qurtum su, bir tikə çörəkkeçirsə, ailəsi, balaları, nəvələri sağ-salamatdısa, İlahiyə min şükür deməlidi!İki gün bundan qabaq xalqın yazıçısı, gözəl insan və səmimi ziyalı Seyran Səxavətləgörüşəndə dedi ki, hər ana görə insan şükür eləməlidi. Mən də şükür eləyirəm.Şükür eləyirəm ki, bu yaşa çatmışam, şükür eləyirəm ki, balalarım, nəvələrimvar və şükür eləyirəm ki, canımız sağdır!..


TƏQVİM / ARXİV