SON DƏQİQƏ:

Fazil Mustafa: Ali təhsil modası bizdə Sovet dövründən qalıb

  104770   |  
Şriftin ölçüsü  
Türkiyədə belə bir araşdırma sorğusu diqqətimi çəkdi: Türkiyə əhalisinin 65 faizi oxuduğunu anlamayan insanlardır. Eləcə də 70 faizi oxuyub anladığını anlada bilməyən insanlardır. Bİzdə məncə daha yuxarı faizlər olar. Çünki televiziya jurnalistlərinin yaxınlaşıb sual verdiyi insanların bəsit suallara cavab verə bilməməsini dəfələrlə gündəmə gətirmişik. Sosial şəbəkədə rastımıza çıxan insanların xeyli hissəsi mətnin başlığından o tərəfini beyninin faylında yerləşdirə bilmir. Bütün mülahizələrini də başlığa görə yürüdür. Böyük mətn çox nadir hallarda səbrlə oxunur, kiçik mətn isə Molla Nəsrəddin üslubunda mizahla qarışdırılmayıbsa, elə də maraqlı görünmür. Ötən əsrin əvvəllərində intellektual "Həyat"la, obıvatel üçün karrikatura ilə bəzədilmiş, mizah uslubunda kiçik bir mənanı qurtum-qurtun su kimi içirən "Molla Nəsrəddin" arasında fərqi anlamaq mümkün idi. "Həyat"ı oxuyacaq insan sayı yüksək təhsil almış insanların sayına mütənasib idi. Bu say çox az olduğundan Tağıyevin dotasiyası ilə bu qəzet az bir müddətdə ayaqda qala bildi. Sonradan Əhməd Bəylə Əli Bəy İstanbuka köç edəndən sonra meydan demək olar ki, boş qaldı. "Molla Nəsrəddin"i isə bir orta savadlı şəxs kifayət idi ki, kəndin həyatindəki on-on beş kəndliyə, şəhərin bir köşəsindəki on-onbeş həmşəriyə güldürə-güldürə anlatsın. Maraqlıdır ki, indi bizdə nə "Həyat", nə də "Molla Nəsrəddin" var. Nə də buna cəmiyyətdən gələn tələb var.

Götürək ki, bizdə də faiz nisbəti Türkiyədəki kimidir. Ancaq acınacaqlısı budur ki, bizdə 65 faizin yarıdan çoxunun ali təhsil diplomu var. Ali təhsil modası bizdə Sovet dövründən də betər yayğındır. Oxuyub anladığını anlada bilməyən insan faizi düşünürəm ki, bizdə daha artıq olar. Mən bunu paylaşdığım fəlsəfi kitabla bağlı statusun altında maşın plyonkası barədə rəy yazılanda daha bariz hiss etdiyimə görə vurğulayıram. Hər halda müzakirə üçün maraqlı mövzudur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK