SON DƏQİQƏ:

Azərbaycanın Fərsiz Futbol Adamları (AFFA) - Emin Piri yazır

  177437   |  
Şriftin ölçüsü  

Bir neçə il qabaq futbolçularla eyş-işrət məclisində oturmuşduq. Söhbət hardan fırlandısa torba tikməyə gəldi. Məclis söhbəti olduğundan klub adını çəkmək etik olmaz. Futbolçular dedi ki, filan məşqçi bizi bezdirmişdi. Məşqə gecikirdik, raport edirdi. Məşqlərdə də bizi çox yükləyirdi. Hətta siqaret, qəlyan çəkməyimizə belə qarışırdı. Bir sözlə, əlimiz pula çatmışdı, amma bu məşqçinin ucbatından istədiyimiz kimi əylənə bilmirdik. Axırda 3-4 futbolçu sözü bir yerə qoyduq. Ardıcıl oyunlarda özümüzü aktyorluğa qoyaraq uduzmağa başladıq. Beləcə məşqçini istefaya göndərdirlər. Sonrakı məşqçini soruşdum. Şükranlıq etdilər. Dedilər, elə onun özüylə əylənməyə gedirik. Məşqə gecikirik, bəzən səhərin paxmelindən başımız açılmayanda məşqçi bizi yola verir. Hansısa xəstə, hüzr adıyla bizi yola verir.

Dünənki oyuna baxdım, Lüksemburq bizə məğlub olmaq istəyirdi, imkan vermədik. Ta rəqib komandanın bizi məğlub etməkdən başqa çarəsi qalmadı. Günahların almaq istəmirəm, nə də ittiham etmək. Amma insan çiy süd əmib. Nədənsə o oturduğum məclisi xatırlatdı məni. Gözümə gah torba görünür, gah da pişik.

Maşallah, tekstil sahəsi bizdə inkişaf edib. Torba tikmək üzrə isə istənilən xidmət sahəsinin belini rəqabətdə bükərik.

Ay Byazi, əgər elədirsə, səhv eləmisən də. Oyunçularını məşqdə niyə çox yükləyirsən? Yükləsən guya nə olacaq? Sən də, mən də bilirsən ki, bizim qələbəyə ehtiyacımız yoxdur. Bizə futbol lazımdır?

Oyunçularınla məşqdən yayın, məşq adıyla dəniz qırağına istirahətə gedərdin, bir tinə çəkilib siqaret çəkəydiniz. Oyun qabağı qəlyan çəkərdin futbolçularla, nəfəsləri açılardı. Əmin ol, bunları etsəydin, biz Lüksemburqa məğlub olmayacaqdıq. Yoxsa, o məşq elə gəldi, bu məşq belə getdi.

Başa düşürəm, meydan düz idi, topsa yumru. Məğlub olmaq səbəbimiz budur. Amma o da problem deyil, kanalizasiya xətlərindən öncə asfalt çəkən mühəndislərimizə müraciət edin, bunun da çarəsini tapacaqlar. Top düz olacaq, meydansa yumru.

Bir lətifə yadıma düşdü.

Azərbaycanın milli yığma üzvləri oyun öncəsi dəniz kənarında məşq zamanı dalğaların sahilə atdığı şüşə tapırlar. Uzun çək-çevirdən sonra şüşədən cin çıxır. Cin bunlardan nə arzusu olduqlarını soruşur. Onlar da qalib gəlmək istədiklərini söyləyiblər. Beləcə millinin oyununa başı dik, ümidlə çıxıblar.

Axırdasa ümidlərin əksinə olaraq məğlub olublar. Oyundan sonra soyunub-geyinmə otağında futbolçularımız bu cini təpik altına atıblar. Bəs, demişdin, qalib gələcəyik?

Gözünün altı qaralan, burnunun suyu axa-axa cin başını qaldırıb deyir:

-Mən əlimdən gələn hər şeyi həll etdim, siz də heç olmasa, bir dəfə topa toxunaydınız da.

Adamın üstündə Allah var, bizimkilər toxundular. Ya öz qapımıza qol vuranda, ya da Lüksemburqa penaltini hədiyyə edəndə.

P.S. Yazının ardını gətirə bilmirəm, gözümə gah torba görünür, gah da pişik.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK