adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Sentyabr 2020 10:15
37675
ELM VƏ TƏHSİL
A- A+

AzTU-nun professoru vəfat etdi - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU)Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova dünyasını dəyişib.

Universitetdən Adalet.az-a verilən məlumatda bildirilir ki, Ə. Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.