SON DƏQİQƏ:

ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib

  12891   |  
Şriftin ölçüsü  

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib.

Universitetdən Adalet.az-a bildirilib ki, ADU və Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycanın görkəmli tərcüməçisi, dilçi alimi İsmixan Rəhimovun 95 illik yubileyinə həsr olunub.

ADU-nun rektoru, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının sədri, akademik, Xalq yazıçısı Kamal Abdulla görkəmli dilçi alim, Azərbaycanın böyük ziyalısı İsmixan Rəhimovun yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. O, bu gün İsmixan Rəhimovun əməllərinin, zəhmətinin yetişdirdiyi tələbələrdə özünü göstərdiyini deyib. Rektor İ.Rəhimovun əziz xatirəsinin qəlblərdə yaşayacağını vurğulayıb: “O, çox mərd insan idi. Azərbaycanın demokratik yolda inkişafı üçün ilk bayraq qaldıranlardan biri olub. 50-ci illərdə İsmixan müəllimin səsi siyasi arenalardan gəldi, siyasi müstəvidə səsləndi. İsmixan müəllim, başqa bizim görkəmli ziyalılarımız Azərbaycan dili, ölkənin təbii sərvətləri, burada gedən sosial-siyasi proseslərlə bağlı öz səslərini ucalda bildilər”.

Kamal Abdulla dilçi alimin öz mübarizəsini daha sonra başqa istiqamətdə - tələbə auditoriyasında, Elmi şuralarda davam etdirdiyini qeyd edib. İsmixan Rəhimovun universitetlə yanaşı, digər elm ocaqları ilə əlaqələrinin mövcud olduğunu söyləyən akademik Kamal Abdulla onun elmi fəaliyyətindən, potensialından digər bölgələrdəki universitetlərin də faydalandığını diqqətə çatdırıb: “Onun tələbələri bu gün yalnız bizim universitetin deyil, digər universitetlərin də aparıcı müəllimləridir. İsmixan müəllimə rəhmət diləyirəm. Dillər Universiteti öz vətənpərvər, millətçi, xalqsevər fədailərinin xatirəsini yaşatmağı bacarır”.

Ali təhsil ocağının rəhbəri Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaranması haqqında danışıb. Adıçəkilən qurumun artıq fəaliyyətə başladığını deyən rektor hər kəsi Assosiasiya tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələrdə yaxından iştirak etməyə çağırıb: ”Assosiasiyanın əsas fəaliyyət nöqtələrindən biri Azərbaycan dilindən başqa dillərə tərcüməni sistem halına gətirməkdir. Müstəqil Azərbaycan üçün ideoloji sahədə ən vacib məsələlərdən biri tərcümənin Azərbaycan dilindən başqa dillərə edilməsinin təşkilatçılığını və sistemli fəaliyyətini qurmaqdır. Azərbaycan dilində yaradılan bədii, mənəvi, ictimai-siyasi ədəbiyyatı, Azərbaycanda gedən prosesləri dünya xalqlarına öz dillərində çatdırmaq böyük təşəbbüsdür. Bu şəkildə Azərbaycan özünü dünya xalqları sırasına rahat şəkildə, daha əminliklə qoya bilər”. Rektor Kamal Abdulla bu Assosiasiyanın məhz Dillər Universitetinin kadr və texniki-təchizat bazasında yaradılmasının dövlət orqanları və ictimai-təşkilatlar tərəfindən ümid və inam olduğunu göstəricisi olduğunu qeyd edib.

ADU-nun professoru Qılıncxan Bayramov İsmixan Rəhimov və onun əvəzolunmaz fəaliyyəti haqqında danışıb. O, İsmixan Rəhimovun adına auditoriyanın yaradılmasının universitetin onun xatirəsinə hörmətinin ifadəsi olduğunu deyib. Professor Q.Bayramov dilçi alimin Azərbaycanın müstəqilliyi, Azərbaycan dilinin inkişafı uğrunda apardığı mübarizədən danışıb.

Konfransa Türkiyədən qoşulan Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, çoxsaylı Azərbaycan əsərlərinin türk dilinə tərcüməçisi İmdad Avşar Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının yaradılmasında əməyi keçən hər kəsi, həmçinin ADU heyətini təbrik edib.

Bu qurumun türk dünyası üçün yaradılmasının vacib olduğunu deyən İ.Avşar bu başlanğıcın həm Azərbaycan ədəbiyyatının digər ölkələrdə tanıtım, həm də türk dünyası üçün ciddi fəaliyyət mərkəzi olacağına ümid etdiyini bildirib. İ.Avşar Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrdən bəhs edib.

ADU-nun professoru Vilayət Hacıyev İsmixan Rəhimovun həyat və yaradıcılığından söz açıb. Konfransın əhəmiyyətindən danışan V.Hacıyev Azərbaycan ədəbiyyat nümunələrinin dünya dillərinə tərcümə prosesindəki problemlərə də diqqət çəkib.
Şair Zakir Fəxri İsmixan Rəhimovla olan xatirələrini paylaşıb. O, Azərbaycan Peşəkar Tərcüməçilər Assosiasiyasının gələcək fəaliyyət istiqamətləri haqqında fikirlərini səsləndirib.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 31, 29, 27, 24, 22, 20, 17, 15, 13, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK