SON DƏQİQƏ:

ƏCƏLİ GƏLƏN!.. - SEYFƏDDİN ALTAYLI yazır

  140424   |  
Şriftin ölçüsü  

“Bütün dünya bilmeli ki, karşımızda böyle bir düşman oldukça onu affetmek elimizden gelmez ve gelmeyecektir. Düşmana merhamet acizlik və zaaftır; bu, insaniyyet göstərmək deyil, insanlık hassasının yok olduğunu ilan eylemektir”.

 

Atatürk

 

Biz türklər millət olaraq tarix boyu hər bir mədəniyyətə və millətə hörmət etmişik. Heç bir milləti həqir görməmişik, heç bir millətin mədəniyyətinə, dilinə, dininə, namusuna toxunmamışıq, daim gücsüzü qorumuşuq, zalımın qarşısında qranitdən qalaya çevrilmişik, zalım zalımlığını davam etdirdiyində də dərsini vermişik. Bəşəriyyətə dövlət nədir, dövlətçilik nədir onu göstərmişik.

Bu gün milyonlarla türkü əsarəti altında saxlayan rus xalqına dövlətçiliyi öyrədən bizik. Dövlətçiliyin üç önəmli atributu - maliyyə, vergi və ordunu onlara öyrədən bizik. Sual olunar ki, bəs niyə bu günə düşmüşük?

Biz millət olaraq daim yeniliklərə açıq olan bir millətik, ancaq 15-ci yüzildən sonra elmə arxamızı dönmüşük, bu səbəblə də texnoloji ixtira edə bilməmişik. Avropalılar 16-cı yüzilin sonlarından başlayaraq ziyalanma çağına daxil olduqda biz eyş-işrətdə olmuşuq, ərəbin, farsın xurafatını İslam qəbul etmişik və İslamın elm dini olduğunu əsla yadımıza gətirməmişik. Avropalılar ziyalanma çağına daxil olduğu zaman İstanbulda Hazərfan Əhməd Çələbi bal mumundan düzəltdiyi qanadları geyinib Qalata qülləsindən özünü buraxmış və 3358 metr uçaraq İstanbul boğazını keçərək Üsküdarda yerə enmişdir. Osmanlı padşahı IV Murad onu izləmiş, çağırıb öydükdən sonra bir kisə qızıl vermiş, ancaq onun elmindən və cəsarətindən qorxuya düşüb sürgün etdirmişdir.

Bugünkü çağımızda başımıza bəla olan bir murdar xalq vardır. I Dünya Müharibəsi illərində ulu babalarımızın yüzillər boyu qoruyub-saxladığı, dilini, dinini və mədəniyyətini daim inkişaf etdirmək üçün geniş meydan buraxdığı ermənilər Doğu və Güney Doğu Anadoluda Osmanlı ordusu müxtəlif cəbhələrdə düşmənlərlə döyüşərkən bunu fürsət bilib kəndlərə, qəsəbələrə hücum çəkib dinc əhalini eynilə Xocalı Soyqırımında olduğu kimi qırmışdır. Sonraki dönəmlərdə də “Türklər bizi qırdı” deyib öz günahını türkün boynuna yıxmaq cəhdinə yönəlmişlər.

Ruslar ingilislərin planı ilə Osmanlı torpaqlarında, Livanda, Suriyada və İranda yaşayan erməniləri kütləvi şəkildə köçürərək Azərbaycan torpaqlarında məskunlaşdırmış və onlara daim arxa duraraq Azərbaycan türklərini dədə-baba torpaqlarından qırğınlarla çıxardaraq Ermənistan deyilən monoetnik bir dövlət yaratmış, rusların əliylə Dilicanı, Göyçəni, Zəngəzuru da qapmışdır. Bununla da kifayətlənməyən bu azğın xalq Azərbaycan torpaqlarına yenə rusların yardımı ilə 1990-cı illərdə hücum çəkmiş, tarixi Xocalı Soyqırımını da gerçəkləşdirərək 20 faiz torpaqlarımızı işğal etmişdir. Qondarma Minsk Qrupu yaradılmış, ancaq bu qrupun iki önəmli üzvü Rusiya və Fransa daim Ermənistanı dəstəkləmiş və BMT-nin verdiyi qərarlara baxmayaraq işğalını dünənə kimi davam etdirmişdir. Məsəl var “əcəli gələn it gedib məscidin divarına ..yər”. Ermənilər yenə dinc durmamış və daim atəşkəs rejimini pozaraq Azərbaycana hücum çəkib terrorist bir dövlət və axmaq, ağılsız bir xalq olduğunu sübut etmişdir.

Ermənistanın bugünkü dəstəkçisi ABŞ və xüsusilə Fransadır, bunlar erməniləri öz əllərinə alaraq ruslardan qoparmaq istəyirlər. Fransanın başında dayanan Makron dəhşətli bir türk düşmənidir. Onun türk adından zəhləsi gedir, ancaq ulu babası Fransuva Alman imperatoru Şarlkən tərəfindən zindana atıldığı zaman Qanuni Sultan Süleymana məktub yazaraq özünü dustaqdan azad etməsini xahiş etmişdir. Tarixi dəyəri olduğuna görə Qanuni Sultan Süleymanın cavab məktubunu təqdim etmək istəyirəm:

“Mən ki, sultanlar sultanı, xaqanlar xaqanı, hökmdarlara tac geydirən Allahın yer üzündəki kölgəsi, Ağdənizin, Qaradənizin, Rumelinin, Anadolunun, Qaramanın, Rumun, Dulqadir Vilayətinin, Azərbaycanın, Əcəmin, Misirin, Məkkənin, Mədinənin, Qüdsün, bütün ərəb diyarının, Yəmənin və neçə məmləkətlərin, ulu babalarımızın qüdrətilə aldıqları və mənim dahi atəş püskürən zəfər qılıcımla fəth eylədiyim neçə diyarın sultanı və padişahı Sultan Bəyazid Xanın nəvəsi, Sultan Səlim Xanın oğlu, Sultan Süleyman xanam. Sən ki, Françə vilayətinin kralı Françeskosan. Sultanların sığınma yeri olan qapıma adamın Frankipan ilə məktub yollayıb, məmləkətinizin düşmən işğalına uğradığını, hələ də həbsdə olduğunu, xilasın haqqında məndən yardım və mədəd istəyibsən. Hər nə ki deyibsən, mənim ulu məqamıma ərz olunub, təfərrüatıyla öyrənmişəm. Padşahların məğlub olması və zindana salınması qəribə deyildir. Ürəyinizi xoş tutun, özünüzü incitməyin. Mənim ulu əcdadım, daim düşməni qovmaq və məmləkətlər tutmaq üçün heç vaxt səfərdən imtina etməmişdir. Mən dəxi onların yolundan yeriyib həmişə ölkələr və alınmaz qalalar tutmuşam, gecə-gündüz atım yəhərli və qılıncım belimdə olub. Allah xeyrə calasın və iradəsi nəsə o, gerçəkləşsin. Adamınızdan hər bir şeyi soruşub öyrənərsən”.

Və Qanuni Almaniya imperatoruna məktub yazıb deyib ki, Fransuvanı zindandan buraxmasan ordumla üstünə yeriyəcəyəm. Bu xəbəri yollayandan sonra da səfər hazırlıqlarına başlayıb, imperator Şarkən onun ciddi olduğunu görüb Fransuvanı azadlığa buraxıb.

Bu gün Fransuvanın törəməsi özünübilməz Makron isə türk deyiləndə elə bil başına daş düşür. Çünki türk milləti onun müstəmləkəçilik siyasətinə mane olur. Erməniləri, axmaq Paşinyanı qışqırtması isə bir tərəfdən Rusiyaya gözdağı vermək, digər tərəfdən türk millətinə zərbə vurmaq və Azərbaycandan qəpik-quruş qoparmaqdır. Paşinyan da Qərbdən aldığı dəstəyin daim davam edəcəyini və Azərbaycana daha böyük zərbələr endirəcəyini zənn edirdi. Evdəki hesabı bazarda tutmadı və dəhşətli bir kötək yedi, yeməyə də davam etməlidir.

Türkiyə Suriya, İraq, Liviya və Şərqi Ağdənizdə ardıcıl olaraq irəli getdiyindən imperiya siyasəti yeridənlər qansoranlar narahat olmağa başladılar. Onların məqsədi Türkiyənin diqqətini Qafqaz bölgəsinə yönəltmək və dolayı yolla da müzakirələri öz xeyirlərinə həll etməkdir. Azərbaycanın irəliləyişini dayandırması və danışıqlara başlaması Azərbaycan üçün uduzmaq anlamındadır. Ermənistan Qafqaz bölgəsində sabitliyi pozan terrorist bir yığnaqdır və bu yığnaq darmadağın edilməlidir, vəssalam.

Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları, Sizdən indiyə kimi heç bir xahiş etməmişdim. Bilirəm ki, alicənab ürəyə maliksiniz. Mən qəhrəman ordumuzun dayanmadan Zəngəzuru da tutmasını xüsusilə Sizdən xahiş edirəm. Ankaradan maşınıma oturub, Naxçıvan-Meğri-Zəngilan yoluyla doğma vətənə gəlmək istəyirəm. Bu, yalnızca mənim deyil, 85 milyonluq Türkiyə türkünün arzusudur.

Ulu Tanrımdan Sizə və qəhrəman ordumuza zəfər çalmağı, hər ikinizin adının da möhtəşəm Türk tarixinə qızıl hərflərlə yazılmağını niyaz edirəm.

Dərin hörmətlə.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26
2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK