adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Oktyabr 2020 22:10
25213
İDMAN
A- A+

Reşforddan Çempionlar Liqası rekordu

“Mançester Yunayted”in futbolçusu Markus Reşford Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leypsiq”lə matçda (5:0) nail olub. Görüşün 63-ci dəqiqəsində meydana daxil olan oyunçu 74-cü dəqiqədə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez qol vurmağı bacaran futbolçu kimi tarixə düşüb.

Həmçinin ingiltərəli forvard qarşılaşmanın 78, 90+2-ci dəqiqələrində də fərqlənməklə het-trikə imza atıb.

Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.