adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 14:12
61452
MARAQLI
A- A+

Bill Qeytsin maşın xəstəliyi

Hər kəsin tanıdığı CEO və xeyriyyəçi Bill Geyts həm də avtomobil həvəskarıdır. Bütün proqramçılar kimi, o da sürəti sevir. Hətta avtomobili sürətlə idarə etməsi onu nəinki böyük məbləğlərdə cərimələr ödəməyə, hətta həbsxanalara qədər aparıb. Çox vaxt da sürət həddini aşdıqda, onu oradan dostu Pol Allen çıxarıb.

Bu gün onun qarajında 30-dan artıq maşın var. Hələ yeniyetmə olarkən özünə aldığı “Mustang” avtomobilini muzey eksponatı kimi qoruyur. Bu maşın onun 40 min kvadrat fut ərazisi olan və gölün kənarında yerləşən Vaşinqtondakı evinin əsas bəzəklərindən biridir.

“Porsche-911” maşını ilə Nyu-Meksikonun səhralarında çox şütüyüb. Geytsin ikinci maşını “Raket” adlandırdığı “Porsche-930 Turbo” olub. Bu gün onun “maşın hərəmxanası”nı “Mercedes”, “Jaguar Huve”, “Porsche Carrera Cabriolette-964” və 380 min dollar verdiyi “Porsche Carrera Cabriolette-959” maşını bəzəyir. Məhz “Porsche Carrera Cabriolette-959” maşını ABŞ-ın ekoloji standartlarına cavab vermədiyi üçün ölkəyə buraxılmayıb.Boş vaxt tapan kimi Bill sürət həvəsini “Ferrari-348” ilə öldürür ki, bu yaxınlarda da bu avtomobili səhranın qumluqlarında xarab edib. Sürət həvəskarı olsa da, o, heç vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib.

 

Eminquey