SON DƏQİQƏ:

Gələn il Günəş və Ay tutulması neçə dəfə olacaq? - Rəsədxana açıqladı

  68375   |  
Şriftin ölçüsü  

2021-ci ildə 4 tutulma hadisəsi - 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, 2021-ci ilin birinci Günəş tutulması iyunun 10-da saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Bu, həlqəvarı Günəş tutulmasıdır. Onun maksimumu 14:43:06-da olacaq. Günəş tutulmasının həlqəvarı fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali/Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

İkinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Bu, tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

Xıdır Mikayılov vurğulayıb ki, birinci Ay tutulması mayın 26-da 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Bu, tam Ay tutulmasıdır. Onun maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. İkinci Ay tutulması noyabrın 19-da saat 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Bu, qismən Ay tutulmasıdır. Onun maksimumu 13:02:55-də olacaq. Hadisə Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq. Hər iki tutulmada Ay üfüqdən aşağıda olduğuna görə hadisələr Azərbaycanda müşahidə olunmayacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK