SON DƏQİQƏ:

COVID-19 xəstəsi Ağsuda əhaliyə təhlükə yaradıb: barəsində cinayət işi başlanılıb

  17998   |  
Şriftin ölçüsü  

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Ağsu şəhər sakini Gülalı Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. G.Əliyev qaydaları pozmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər bir belə bir hal isə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıb.  

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş rayon sakini G.Əsədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK