SON DƏQİQƏ:

Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb

  14954   |  
Şriftin ölçüsü  

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, araşdırma zamanı aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-19
2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK