SON DƏQİQƏ:

III Dünya Müharibəsi baş versə, ən təhlükəsiz ölkə hansıdır?

  51754   |  
Şriftin ölçüsü  

Tez-tez III Dünya Müharibəsi haqda danışılır. Bəs, düşünmüsünmü ki, əgər III Dünya Müharibəsi başlasa, ən təhlükəsiz ölkə hara olar?

İsveçrə...

Almaniya, İtaliya, Avstriya və Fransa ilə qonşu olan, okeana, dənizə çıxışı olmayan kiçik bir ölkədir. Avropa Birliyinin xəritəsinə baxsanız, ortada ona daxil olmayan, kiçik yuvarlaq bir ölkə olan İsveçrə bitərəf olması ilə məşhurdur. Avropa Birliyinə üzv olmamağı ilə yanaşı NATO-ya da üzv deyil. 2002-ci ilin sonların yaxın BMT-yə də üzv deyildi. 200 ildir ki, heç bir müharibəyə qoşulmayıb. Sonuncu dəfə 1815-ci ildə Napoleona qarşı vuruşub.

Ölkə əsasən üç fərqli hissəyə ayrılır. Cənubunda İsveçrə Alpları yerləşir. İsveçrə torpaqlarının böyük bir hissəsini tutan, onu İtaliya və Avstriyadan ayıran sıra dağlardır. Qərb və Şimalda isə Yura dağları var. Alp dağlarından kiçik olsa da, yenə də ölkəni Fransadan ayıra biləcək ölçüdədir. Və sonda İsveçrə platforması. Bu platforma ən çox əhali yaşayan yerdir və çaylarla, göllərlə zəngindir.

I Dünyaa Müharibəsində Almaniya Fransaya hücum etmək üçün əvvəlcə Belçikanı ələ keçirib sonra Fransaya girmişdi. II Dünya Müharibəsində isə İsveçrə 1940-cı ildə bir tərəfdə Nazi Almaniyası, bir tərəfdən Mussolini İtaliyası və digər tərəfdən isə potensial Sovet istilası qorxusu ilə çevrəyə alındı. İsveçrənin xaricdən gələn təhdidlərə qarşı “Beynəlxalq Redoubt” adlı bir planı var.

İsveçrədə Avropanın digər ölkələrindən fərqli olaraq kişilər məcburi olaraq hərbi xidmətə çağırılır və 245 gün hərbi xidmətdə olurlar. Daha sonra isə ehtiyat qüvvəyə çevrilirlər və silahlarını evdə mühafizə etməyə davam edirlər.

İsveçrədə “həyəcan təbili” çalınsa, 2 saata 200 mindən çox əsgər o andca səfərbər oluna bilər.

Ölkədəki hər bir körpü, tunel, dəmir yolu hansısa ölkənin hücumu zamanı düşmənin istifadə edə bilməməsi üçün uzaqdan havaya uçurula biləcək şəkildə tikilib. Ölkədə 3000 mindən çox partladıla biləcək nöqtə mövcuddur. İsveçrə ordu taktikası kimi əsgərləri şəhərdən çıxarıb dağlara yerləşdirməkdən istifadə edir. Bu dağlarda 26 mindən çox sığınacaq və istehkam var. İsveçrə bütün bunlarla kamuflaj olunur.

Hətta nüvə müharibəsi belə çıxsa, İsveçrə yenə də ən təhlükəsiz ölkə sayılır. Bunun səbəbi İsveçrənin bütün əhalisinin yerləşə biləcəyi yeraltı tunellərin, sığınacaqların olmasıdır. Nəinki əhalisi, əgər nüvə müharibəsi zamanı kənardan qaçqınlar gəlsə, onların da bir qismini bu sığınacaqlarda yerləşdirə biləcək imkana sahibdir. Ölkədə 2006-cı ildən bu yana ölkədə 8,6 milyon nüvə hücumundan qorunmaq üçün sığınacaq inşa edilib. Bu sığınacaqlarda normal ev şəraitində insana nə lazımdırsa, hamısı var.

Bütün bu imkanlarla birlikdə İsveçrədə kim yaşamaq istəməz ki?!

Dilimizə uyğunlaşdırdı: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK